Заседание парламента Азербайджана, фото из архива

Milli Məclisin növbədənkənar iclası başlayıb

8
"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılacaq

BAKI, 6 avqust — Sputnik. Bu gün Milli Məclisinin növbədənkənar plenar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

"Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında", "Məşğulluq haqqında", "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişikliklərə ikinci oxunuşda baxılacaq.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik də ikinci oxunuşda müzakirə ediləcək.

Qeyd edək ki, dünən keçirilən plenar iclasda sözügedən məsələlər birinci oxunuşda müzakirə edilərək qəbul edilib.

8
Termometr, arxiv şəkli

Sabahın hava proqnozu açıqlandı

15
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Sentyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

15
Qərənfil, arxiv şəkli

Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində həlak olan məktəblilərimiz barədə

98
(Yenilənib 14:33 28.09.2020)
Təhsli Nazirliyi: 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir

BAKI, 28 sentyabr — Sputnik. "Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir".

Sputnik Azərbaycan-a bu barədə Təhsil Nazirliyindən daxil olan məlumatda bildirilir ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir. Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.

© AR Ministry of Education.
2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.

"Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!", - Nazirlik bildirib.

98
Erməni əsgərlərinin dəbilqələri

Ermənistan öldürülmüş əsgərlərinin daha bir SİYAHISINI açıqladı 28 yeni ad

0
(Yenilənib 15:22 28.09.2020)
Bundan bir qədər əvvəl Qarabağ münaqişəsi zonasında 28 sentyabrda döyüşlər zamanı ölən Ermənistan hərbçilərinin daha bir siyahısı açıqlanıb.

BAKI, 28 sentyabr — Sputnik. Qarabağ münaqişəsi zonasında gedən döyüşlərdə Ermənistan tərəfi xeyli itki verib.

Sputnik Ermənistan xəbər verir ki, Ermənistanın əlavə 28 əsgəri həlak olub. Hazırda Ermənistan hərbçiləri arasında qurbanların sayı 59 nəfərdir.

Bundan bir qədər əvvəl Qarabağ münaqişəsi zonasında 28 sentyabrda döyüşlər zamanı ölən Ermənistan hərbçilərinin daha bir siyahısı açıqlanıb.

Həlak olanlar arasında 2000-2002-ci il təvəllüdlü əsgərlər çoxluq təşkil edir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

0