CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beş minə yaxın məhkuma elektron nəzarət vasitələri tətbiq edilib

© AFP 2023 / NICOLAS TUCAT Мужчина гуляет во дворе тюрьмы, фото из архива
 Мужчина гуляет во дворе тюрьмы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən dövr ərzində 4.781 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1.652 məhkumdan elektron qolbaqlar çıxarılıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. "Bu ilin 6 ayı ərzində ictimai işlər növündə cəzanın daha səmərəli tətbiqi və icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülüb. O cümlədən, qanunvericilik təkmilləşdirilib, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurulub, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılıb".

Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, cari ilin 6 ayı ərzində 332 nəfər barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilib, bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 64.844 saat ictimai işlər yerinə yetirilib.

Ötən dövr ərzində 4.781 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1.652 məhkumdan elektron qolbaqlar çıxarılıb. Cari ilin 1 iyul tarixinə 3.129 nəfər elektron qolbaq tətbiq edilmiş məhkuma Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Monitorinq Mərkəzi tərəfindən fasiləsiz nəzarət həyata keçirilir.

Xəbər lenti
0