CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN: Beyrutda partlayışda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat yoxdur

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Əl Cəzirə" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 100-ü keçib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər-hansı məlumat daxil olmayıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Azərbaycan XİN, həmçinin hadisə ilə bağlı Livan xalqına başsağlığı verib.

“Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk. Ölənlərin ailələrinə və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez bir zamanda sağalmalarını diləyirik”, - deyə Azərbaycan XİN-in “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, "Əl Cəzirə" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 100-ü keçib. Livan rəhbərliyi partlayış nəticəsində ölənlərin sayının artacağını istisna etməyib.

Xəbər lenti
0