Polis postu, arxiv şəkli

Hökumət karantin rejiminin sərtləşdirildiyi ərazilərə giriş-çıxışla bağlı qərar verdi

2028
(Yenilənib 21:37 04.08.2020)
Xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərə xidməti zərurətlə əlaqədar giriş-çıxış qaydaları məlum olub.

BAKI, 4 avqust — Sputnik. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış qaydaları məlum olub.

Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarında əksini tapıb.

Qərara əsasən, aşağıdakı şəxslər xidməti vəsiqələri əsasında xüsusi sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlara giriş-çıxış edə biləcəklər:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;

- Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;

- mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

- dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

- hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər ezamiyyə vərəqələri olduğu halda;

- Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlərNazirliy i tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

2028
Kino lenti, arxiv şəkli

Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib

4
Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

BAKI, 19 sentyabr — Sputnik. Gənclər və İdman Nazirliyi açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında "Xarqo" adlı qısametrajlı film hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, film Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə ərsəyə gətirilib.

Çəkiliş Ə.Cəbrayılovun yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı rəhbər tutaraq həyata keçirilib.

Məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, Azərbaycan xalqının hərb və döyüş tarixinin gənclərə əyani çatdırılmasıdır. Filmdə 15 gənc və tanınmış kino aktyoru iştirak edib. Çəkilişlər altı gün ərzində Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndi və Bakının müxtəlif məkanlarında aparılıb.

Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayilov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri canlandırıblar.

4
Yevlax rayonunda məişət tullantıları

Sputnik Azərbaycan-ın qaldırdığı problem həll olundu - Problemi yaradan qurum cərimələndi

203
Reportajimizdan sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanası maliyyə problemini həll edərək Yevlax Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlayıb

 

BAKI, 19 sentyabr — Sputnik. Yevlaxda fəaliyyət göstərən tibb ocağında müalicə alanlara istifadə edilən işlənmiş tibbi vasitələrin əraziyə atıldığını, ətrafa üfünət, təhlükə yaratması haqqında Sputnik Azərbaycan xəbər vermişdi. Xəstəxananın yaxınlığında yaşayanlar pandemiya dövründə belə vəziyyətin onlar üçün çox təhlükəli olduğunu bildirmişdilər.

Sakinlərin haqlı narazlığına səbəb olan problem artıq öz həllini tapıb. Reportajimizdan sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanası maliyyə problemini həll edərək Yevlax Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlayıb. Bu barədə Sputnik Azərbaycan-a Yevlax Rayon Mənzil İstismar Sahəsindən məlumat verilib. Bildirilib ki, bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə Yevlax Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin rəhbərliyi cərmələnib.

© Sputnik / Rahim Mammadov
Yevlax rayonunda məişət tullantıları

Qeyd edək ki, xəstəxananın ətrafı üfünət qoxuyurdu, qanlı sistem şlanqları, istifadə edilmiş şprislər, dərman qutuları və digər tibbi vasitələr ətrafa dağılmışdı. Yerli sakinlərin haqlı narazlığına səbəb olan problem bir gün sonra həllini tapıb. Belə ki, Yevlax Mənzil Kommunal İstehsalat Birliyi tərəfindən Yevlax Şəhər Mərkəzi Xəstəxanasının ərazisi tullantılardan təmizlənib, əraziyə zibil konteynerləri qoyulub, ərazi dezinfeksiya edilib. Problemə dərhal reaksiya verilməsi sakinləri də sevindirib. Namiq Rüstəmov adlı sakin Sputnik Azəraycan-a açıqlamasında bildirib ki, buralardan keçmək olmurdu: "O biri tərəf uzaqdı, camaat burdan gedirdi. İy-qoxunun əlindən böyründən keçmək olmurdu. Adam burnunu tutub keçirdi. İndi sağ olsun cənab başçı vaxtında xəbər tutub, aidiyyəti qurumlar gəlib təmizləyiblər".

© Photo : Courtesy of Baku City Executive Power
Təmizlənmiş ərazi

Zeynəb Ağayeva adlı sakin də Sputnik Azərbaycan-a problemi ictimailəşdirdiyi üçün təşəkkürünü bildirib: "Biz burda yaşıyırıq, bu ərazinin sakiniyik. Buralar natəmizlik idi, yaman bərbad gündə idi. Çox sağ olsunlar müraciət etdik, gəldilər, yığışdırdılar, təmizlədilər. Bağçaya da yaxındır, uşaqlara da natəmizlik idi. Pandemiya dövründə zibilin belə yığılıb qalmağı bizi ikiqat narahat edirdi".

203
Əlaqədar
Xəstə burada əlac axtarsa da, sağlam olan şəxs buradan virusa yoluxub keçər