Sel, arxiv şəkli

Bəzi rayonlara leysan yağıb, sel keçib

13
(Yenilənib 19:48 03.08.2020)
Neft Daşları stansiyasının məlumatına əsasən, külək 22 m/s-dək güclənib, dalğanın hündürlüyü 4.5 metrə çatıb

BAKI, 3 avqust — Sputnik. Saat 19:00-a olan məlumatına əsasən Bakı, Maştağa, Pirallahı Naxçıvan, Naftalan, Oğuz, Şəki, Mərəzə, Xaçmaz, Qusar, Kürdəmir, Kişçay (Şəki), Daşkəsən, Göygöl, Quba, Yevlax, Göyçay, Sabirabad, Xınalıq, Nabran, Şahdağ, Lerik, Cəfərxan,  İmişli, Salyan, Qazıməmməd, Netfçala, Biləsuvar, Lənkəran, Astara, Qrızda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yağan leysan yağışlar nəticəsində Talaçay, Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi arabir Neftçalada 22 m/s, Bakıda və Qum adasında 28 m/s, Maştağada 25 m/s,  Çilov adasında 22 m/s, Pirallahıda 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.5 metrə çatıb.

13
Teqlər:
hava
Tələbə

Ali məktəblərə qəbulun nəticələri açıqlandı

138
(Yenilənib 00:33 24.09.2020)
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilir.

BAKI, 23 sentyabr - Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Sputnik Azərbaycan  DİM-ə istinadla xəbər verir ki, artıq abituriyentlərə ali məktəblərə qəbul olub-olmadıqları barədə sms göndərilir.

Qeyd edək ki, artıq sosial şəbəkələrdə övladları və özləri ali məktəblərə daxil olan şəxslər bu barədə paylaşımlar edirlər. 

138
Mina Hüseyn

Şortikin əleyhinə daha bir sərt tənqid səsləndi

39
(Yenilənib 23:29 23.09.2020)
Müğənni Mina Hüseynin ARB kanalında yayımlanan "Xəbər ətər" verilişinə geyindiyi şort tənqid edilib.

BAKI, 23 sentyabr — Sputnik. Müğənni Mina Hüseynin Arb kanalında yayımlanan "Xəbər ətər" verilişinə geyindiyi şort tənqid edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, verilişə telefon zəngi ilə qoşulan Əməkdar artist Zöhrə Abdullayeva gənc ifaçını geyiminə görə qınayıb:

"Mina gözəl qızdır. Amma sənə ağbirçək məsləhətim var. Mən də sən yaşda olmuşam, amma belə geyinməmişəm. İstəmirəm qəlbinə toxunum. O nə oturuşdur? Efirdə niyə elə oturmusan? Onsuz da əynində heç nə yoxdur. Müğənni şort geyinməz. Müğənni pünhan qalmalıdır. O niyə elə geyimdə ora çıxıb? Alt paltarında efirə çıxıb. Bu "saruçqa" geyinib, amma aşağı hissədən heç nə geyinməyib. Oxumağı pis deyil, amma geyimi pisdir. Biz elə geyinsəydik, bizi alan olmazdı".

Z.Abdullayevanın fikirlərinə Mina bu cür cavab verib:

"Məndən böyükdür, fikirlərinə hörmətlə yanaşıram. Amma bu mənim tərzimdir. Dünya ulduzlarına baxıb, bu tərzi seçmişəm. Nə üçün dediyinizi başa düşürəm. Bu mənim tərzimdir, gələcəkdə düzəldərəm. Amma mən sənətə ərə getmək üçün gəlməmişəm".

39