Hikmət Hacıyev vətəndaşları xaricə səfər etməkdən çəkindirdi

18
"Hazırda xaricdə olan vətəndaşlarımızın ölkəyə gəlməsi ilə bağlı xüsusi məsələ və açıq mövzu, demək olar ki, yoxdur"

BAKI, 3 avqust — Sputnik. “Azərbaycan vətəndaşlarına zəruri hallar istisna olmaqla xarici səfərlərdən çəkinmələri tövsiyə olunur”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, dünya ölkələrində pandemiyanın ikinci, üçüncü alovlanmaları baş verməkdədir: “Hər zaman dövlətlər arasında yenidən uçuşların, sərhədlərin bağlanması və təkrar gücləndirici tədbirlər, təkrar digər dövlətlər tərəfdən birtərəfli şəkildə addımların atılması halları baş verə bilər ki, bu halda Azərbaycan vətəndaşları ölkə xaricində qala bilərlər. Hazırda xaricdə olan vətəndaşlarımızın ölkəyə gəlməsi ilə bağlı xüsusi məsələ və açıq mövzu, demək olar ki, yoxdur. Məntəqələr üzrə təşkil olunan çarter reysləri də demək olar ki, dayandırılıb. O mənada ki, artıq İstanbul reysi vasitəsilə digər ölkələrdə olan vətəndaşlar da tranzit yolla AZAL və Türk Hava Yollarının reysləri ilə ölkəyə gələ bilirlər. Quru sərhədə gəlincə, Gürcüstan və Rusiya istiqamətində müəyyən olunmuş qaydalara uyğun, qrafik çərçivəsində vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunub”.

18
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Tbilisidə küçədə qoruyucu maskada olan qız, arxiv şəkli

Gürcüstanda yeni antirekord yoluxma qeydə alındı

6
(Yenilənib 11:45 26.09.2020)
Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

BAKI, 26 sentyabr — Sputnik. Ötən gün ərzində Gürcüstanda 296 yeni koronavirus yoluxması qeydə alınıb.

Sputnik Gürcüstan xəbər verir ki, bu pandemiya başlayan gündən ən yüksək göstəricidir.

Bundan əvvəlki antirekord isə 265 yoluxma faktı idi. Xatırladaq ki, ölkədə bu günə qədər 4960 fakt qeydə alınıb. Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

Hazırda 5584 nəfər karantindədir. 41 Gürcüstan vətəndaşı müalicə üçün başqa ölkələrə gedib.

Qeyd edək ki, Gürcüstanda ilk yoluxma halı fevarlın 26-sı qeydə alınıb.

6
Ay, arxiv şəkli

Ay səthindəki radiasiya ölçüldü

5
(Yenilənib 11:23 26.09.2020)
"Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".

BAKI, 26 sentyabr — Sputnik. Çinli alimlər insanların Ay səthində məruz qala bləcəkləri radiasiya səviyyəsini ölçüb.

Sputnik Türkiyə xəbər verir ki, bu səviyyənin dünya səthində olan radiasiyadan 200 dəfə çox olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə, Ay səthində insanlar hansı təhlükənin gözlədiyi hələ tam olaraq müəyyən edilməyib.

Qalaktik kosmik şüalara uzun müddət məruz qalmaq katarakt, xərçəng və mərkəzi sinir sisteminin degenerativ xəstəlikləri də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.

Araşdırma zamanı 2019-cu ildə Ayda fəaliyyət göstərən Çin robot enmə qrupu və kəşf vasitəsi Change 4-dən alınan məlumatlar əsas alınaraq hesablamalar aparılıb.

Alimlər ayda gündəlik ionlaşdırıcı radiasiya səviyyəsinin 1369 mikrosievert olduğunu müəyyən edilib. Bu da beynəlxalq Kosmos Stansiyasındakı həddən 2,6 dəfə çoxdur.

Çin Elmlər Akademiyası Milli Kosmos Mərkəzinin alimləri qrupunda olan Almaniya Keel Universitetinin nümayəndəsi Robert Şimmer Şinqruber qeyd edib ki, Ayda ölçülən radiasiya səviyyəsi dünya səthində olan radiasiyadan dəfələrlə çoxdur: "Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".

5