Yeni portal çimərliyə getmək üçün icazə vermir

10903
Vətəndaş getmək istədiyi çimərliyi axtarışa verərək yaşıl, sarı və qırmızı rənglər vasitəsilə onun doluluq səviyyəsini biləcək

BAKI, 3 avqust — Sputnik. Azərbaycanda çimərliklərdəki vəziyyəti əks etdirən xüsusi portal - cimerlik.az istifadəyə verilib.

Sputnik Azərbaycan bildirir ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev portalın təqdimatını edib.

Ü.Mehdiyev qeyd edib ki, çimərliyə getmək üçün xüsusi icazə almaq və rezervasiya da lazım deyil. Həmçinin avqustun 5-dən işə düşəcək bu portal icazə almaq vasitəsi deyil. Sadəcə çimərlikdəki mövcud durum portalda əks olunacaq. Vətəndaş getmək istədiyi çimərliyi axtarışa verərək yaşıl, sarı və qırmızı rənglər vasitəsilə onun doluluq səviyyəsini biləcək. Bakı və Sumqayıt üzrə təxminən 100-ədək çimərlik müəyyən olunub. Hər çimərliyin konkret sərhədi müəyyən olunub və tələb olunan çimərlik doludursa, bu barədə vətəndaşa məlumat veriləcək ki, başqa çimərlik axtarsın.

Çimərliklər səhər 8-dən 21-dək fəaliyyət göstərəcək. Çimərliklərdə ASAN könüllülər də işləyəcəklər. 1000 nəfərdən yuxarı könüllü həm çimərliyin giriş-çıxışına nəzarət edəcək, həm də çimərliyin fəaliyyətinin təşkilinə dair tələblərin yerinə yetirilməsinin monitorinqini aparacaqlar.

10903
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Tbilisidə küçədə qoruyucu maskada olan qız, arxiv şəkli

Gürcüstanda yeni antirekord yoluxma qeydə alındı

3
(Yenilənib 11:45 26.09.2020)
Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

BAKI, 26 sentyabr — Sputnik. Ötən gün ərzində Gürcüstanda 296 yeni koronavirus yoluxması qeydə alınıb.

Sputnik Gürcüstan xəbər verir ki, bu pandemiya başlayan gündən ən yüksək göstəricidir.

Bundan əvvəlki antirekord isə 265 yoluxma faktı idi. Xatırladaq ki, ölkədə bu günə qədər 4960 fakt qeydə alınıb. Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

Hazırda 5584 nəfər karantindədir. 41 Gürcüstan vətəndaşı müalicə üçün başqa ölkələrə gedib.

Qeyd edək ki, Gürcüstanda ilk yoluxma halı fevarlın 26-sı qeydə alınıb.

3
Ay, arxiv şəkli

Ay səthindəki radiasiya ölçüldü

5
(Yenilənib 11:23 26.09.2020)
"Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".

BAKI, 26 sentyabr — Sputnik. Çinli alimlər insanların Ay səthində məruz qala bləcəkləri radiasiya səviyyəsini ölçüb.

Sputnik Türkiyə xəbər verir ki, bu səviyyənin dünya səthində olan radiasiyadan 200 dəfə çox olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə, Ay səthində insanlar hansı təhlükənin gözlədiyi hələ tam olaraq müəyyən edilməyib.

Qalaktik kosmik şüalara uzun müddət məruz qalmaq katarakt, xərçəng və mərkəzi sinir sisteminin degenerativ xəstəlikləri də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.

Araşdırma zamanı 2019-cu ildə Ayda fəaliyyət göstərən Çin robot enmə qrupu və kəşf vasitəsi Change 4-dən alınan məlumatlar əsas alınaraq hesablamalar aparılıb.

Alimlər ayda gündəlik ionlaşdırıcı radiasiya səviyyəsinin 1369 mikrosievert olduğunu müəyyən edilib. Bu da beynəlxalq Kosmos Stansiyasındakı həddən 2,6 dəfə çoxdur.

Çin Elmlər Akademiyası Milli Kosmos Mərkəzinin alimləri qrupunda olan Almaniya Keel Universitetinin nümayəndəsi Robert Şimmer Şinqruber qeyd edib ki, Ayda ölçülən radiasiya səviyyəsi dünya səthində olan radiasiyadan dəfələrlə çoxdur: "Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".

5