Cütlük, arxiv şəkli

Evlənmək, nişanlanmaq ölmək qadağandır - QƏRAR

519
Operativ Qərargah yenə yenə insanların ailə qurmasına və yaxud vəfat etmiş insana görə onun yaxınına şəxsən hüznünü bildirməsinə imkan verməyəcək.

BAKI, 3 avqust - Sputnik. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlər qüvvədə saxlanılıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi çərçivəsində tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi, toy məclislərinin təşkili qadağan olunur. 

519

Təhsil naziri intihar etmiş müəllimlə bağlı paylaşım etdi

4
(Yenilənib 17:50 19.09.2020)
"Təhsil Nazirliyi olaraq bildiririk ki, mərhum Naidə İsayeva çalışdığı məktəbdə hər kəs tərəfindən mədəni, savadlı və zəhmətkeş təhsil işçisi kimi tanınıb".

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev bur neçə gün əvvəl intihar etmiş ibtidai sinif müəllimi Naidə İsayeva ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Paylaşımda deyilir: "Sentyabrın 16-da Bakı şəhəri 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın intihar etməsi xəbəri Təhsil Nazirliyi, eləcə də bütün təhsil ictimaiyyəti tərəfindən dərin narahatlıq və kədər hissi ilə qarşılanıb.

Müxtəlif media orqanlarında mərhum müəllim haqqında qeyri-dəqiq və yoxlanılmamış məlumatların təqdim edilməsi böyük təəssüf doğurur.

Bununla bağlı Təhsil Nazirliyi olaraq bildiririk ki, mərhum Naidə İsayeva çalışdığı məktəbdə hər kəs tərəfindən mədəni, savadlı və zəhmətkeş təhsil işçisi kimi tanınıb. O, Bakı Humanitar Kollecini ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirdikdən sonra 2016-cı ildən Bakı şəhəri 92 nömrəli tam orta məktəbdə müəllim kimi işləməyə başlayıb. 2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 51 bal toplayıb və Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlayıb.

Naidə xanım çalışdığı kollektivin xatirəsində hər zaman dəyərli təhsil işçisi olaraq qalacaq.
Təhsil Nazirliyi bir daha Naidə İsayevanın vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!"

 

4
Tikinti, arxiv şəkli

Elektrik cərəyanın vurduğu fəhlə ilə bağlı cinayət işi açıldı

0
(Yenilənib 17:27 19.09.2020)
"Azərenerji" ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində fəhlə işləyən Kənan Ağayevin perforator ilə sığınacaqda təmir işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 18-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində Kənan Ağayevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Sumqayıt şəhər prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla "Azərenerji" ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində fəhlə işləyən Kənan Ağayevin perforator ilə sığınacaqda təmir işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Federasiya Şurasını toplayır

0
(Yenilənib 18:09 19.09.2020)
Daha əvvəl xəbər verilirdi ki, həftənin sonuna qədər (sentyabrın 20-dək) Putin BMT Baş Assambleyasının sessiyası üçün çıxışını yazacaq.

BAKI, 19 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 23-ü Federasiya Şurasının tam heyəti ilə görüş keçirəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Federasiya Şurasının reqlament komitəsinin rəhbəri Vyaçeslav Timçenko bildirib:

"Prezident sentyabrın 23-ü Kremldə Federasiya Şurasının tam heyəti ilə görüş keçirəcək."

Daha əvvəl xəbər verilirdi ki, həftənin sonuna qədər (sentyabrın 20-dək) Putin BMT Baş Assambleyasının sessiyası üçün çıxışını yazacaq.

0
Teqlər:
Kreml, Rusiya, Federasiya Şurası, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin