Bakıdan rayonlara gediş-gəliş barədə qərar verildi

472
(Yenilənib 16:46 03.08.2020)
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

BAKI, 3 avqust - Sputnik. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaların dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) qüvvədə qalır.

Bu barədə Nazirlər kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

472
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin binası

DTX vətəndaşlara müraciət etdi

1
(Yenilənib 17:15 22.09.2020)
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, DTX-nin rəsmi saytında yer alan açıqlamada deyilir:

"Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər.

Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Anonim profillərlə onlara edilmiş bu qəbil müraciətlər, sosial şəbəkə yazışmaları və mesengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefon (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan, https://www.instagram.com/azerbaijandtx və https://twitter.com/DTX_Azerbaijan), WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.

Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər".

1
Teqlər:
münaqişə, Dağlıq Qarabağ, Azərbaycan, Ermənistan, təxribat, sosial şəbəkələr, müraciət, DTX
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bu, səfərbərlik deyil, adi təlimdir
Daxili İşlər Nazirliyi "Pikap"ların yığılması məsələsinə aydınlıq gətirdi
Türkiyədən Ermənistana xəbərdarlıq: Atəşlə oynama!
DTX yenə əməliyyat keçirdi – Tutulanlar var - VİDEO
Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"
Bakıda supermarketin fəaliyyəti, arxiv şəkli

Mağazalara yeni cərimə xəbərdarlığı

2
(Yenilənib 16:31 22.09.2020)
Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir

BAKI, 22 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Alınan mallar geri qaytarılmır" kimi lövhələr asan mağaza sahiblərinə müraciət edib.

Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, son zamanlar bir sıra ticarət obyektlərində "Alınan mallar geri qaytarılmır" kimi lövhələrin asılması halları müşahidə olunur. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:

- lazımi keyfiyyətli mala dəyişdirməyi;

- satış qiymətini uyğun məbləğdə azaltmağı;

- malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

- malın, həmin mala uyğun digər modelli (markalı, tipli və sair) mal ilə, dəyəri yenidən hesablanma şərtilə əvəz edilməsini;

- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı istehlakçının sadalanan tələblərindən birini yerinə yetirməyə borcludur.

Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satılan mal barədə yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, bu zaman onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.

Lazımi keyfiyyətli qeyri-ərzaq malı (qanunvericiliklə qaytarılması və dəyişdirilməsi qadağan olunan mallar - qızıl və qızıl məmulatları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağçayaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları və sair istisna olmaqla) öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı həmin malı alınma günü sayılmamaq şərtilə 14 gün ərzində digər lazımi keyfiyyətli uyğun mala dəyişdirmək hüququna malikdir. Bu zaman mal əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı alındığı kimi saxlanılmaqla, həmçinin kassa çeki və ya mal alınan zaman verilən digər sənədlərlə birlikdə təqdim olunmalıdır.

Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mağaza sahiblərini qanunvericiliyin tələblərinə əməl etməyə, istehlakçıların qanunvericiliklə qorunan hüquqlarını pozmamağa çağırır, belə hallar müəyyən ediləcəyi təqdirdə onlara qarşı qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirlərinin həyata keçiriləcəyini bildirir.

İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

2
Teqlər:
cərimə, müştəri, sahibkar, sahib, satıcı, istehlak malları, aksizli mallar, ərzaq malları, idman malları, mağaza