Государственный экзаменационный центр

Mobil telefon gətirən şəxs dövlət qulluğu imtahanından qovulub

8
Dövlət İmtahan Mərkəzi: Bir nəfərdə mobil telefon aşkar edildiyi üçün dövlət qulluğu imtahanından xaric olunub.

BAKI, 3 avqust - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 3-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Mərkəzdən bildirilib ki, bu imtahanda 15 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər (76 nəfər), həmçinin 21 – 30 iyul tarixləri arasında imtahana yazılmış 21 nəfərin iştirakı nəzərdə tutulurdu.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. 

İmtahanda 83 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 6 nəfər, AC4 altqrupu üzrə 6 nəfər olmaqla, ümumilikdə 16 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb. 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. 

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 4-dən 17-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti; 

-əmək kitabçasının surəti (olduğu halda).  

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir. 

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. 

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 4, 5 və 6 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

8
Ehtiyatda olan hərbiçilərin cəbhəyə yolanması

Bu il fərarilik qeydə alınmayıb

1
Cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti ümumiyyətlə qeydə alınmayıb

BAKI, 1 oktyabr — Sputnik. Cari ilin birinci yarımilində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev bu gün "Xalq Qəzeti" qəzetində dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti ümumiyyətlə qeydə alınmayıb.

1
Teqlər:
Xanlar Vəliyev, Azərbaycan ordusu
Əlaqədar
Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi
“Qələbə ilə geri qayıdacağıq”: Bakıda hərbçiləri belə yola salırlar – VİDEO
Nazir: Səfərbərliyə cəlb olunan müəllimlər əvəz ediləcək
Kimlərin qismən səfərbərliyə cəlb olunacağı açıqlandı
Polis polkovniki oğlunu Qarabağa yola saldı

Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib

24
Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə təqdim olunan keçid vasitəsilə abunə ola bilərlər

BAKI, 1 oktyabr — Sputnik. Oktyabrın 1-dən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı (https://t.me/Azerbaijan_MOD) fəaliyyətə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə abunə ola bilərlər: https://t.me/joinchat/AAAAAFRJdL3rSk913o87trw

24
Teqlər:
Azərbaycan, Telegram, Milli Müdafiə Nazirliyi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
MN: Ermənilər yenidən Tərtər şəhərini artilleriya atəşinə tuturlar
Gecə döyüşü: Ermənistan ordusunun hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib
İnformasiya müharibəsi üçün bəzi sosial şəbəkələrin fəaliyyəti bərpa olunmalıdır
Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan özünə dəstəyi artırmaq üçün Türkiyəyə şər atır
Müdafiə Nazirliyi: Son saatlarda Ermənistanın 8 döyüş texnikası məhv edilib