Şimal-qərb bölgəsində yaşayan avarlar

Fərqli mübahisələr bir gerçək - onlar türkdürlər

1144
(Yenilənib 11:00 12.08.2020)
1801-1803-cü illərdən sonra bu bölgədəki insanları bir-birindən ayırmaq üçün onlar ya İran mənşəli, ya da Qafqaz mənşəli adlandırılırdılar. Buna görə də bəzi xalqların türk kökənli olduqlarına şübhə edilirdi

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Azərbaycanın şimal-qərbini multikultural bölgə adlandırmaq olar. Müxtəlif azsaylı xalqlar yaşadıqları bu torpaqlarda öz dillərində danışa, istədikləri dinə sitayiş edə bilirlər. Bu dəfə Sputnik Azərbaycan avarlardan danışacaq. Daha çox Zaqatalada və Balakəndə məskunlaşan bu xalqın kökləri hara dayanır? Həmişə fərqli mübahisələrə yol açan bu mövzu haqqında AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə söhbətləşdik.

Alim: “Mənim araşdırdıqlarıma görə, qədim Bizans, Roma və yunan mənbələri, hətta yəhudi mənbələri belə, qədim türk tayfalarının adlarını çəkəndə sabir, bulqar, xəzər, hun və avarların da adını çəkir”, - deyərək söhbətinə başlayır.

© Sputnik / Shahperi Abbasova
Şimal-qərb bölgəsində yaşayan avarlar

“Bu, danılmayan bir faktdır. Məşhur tarixçi Lev Qumilyov özünün “Qədim türklər” əsərində də türklərin bir qolu olaraq avarlardan bəhs edir. Avropaya hərəkət edən Atillanın yanında, cinahların birisində avar atlıları mövcud idi. Təəssüf ki, Avropada 558-ci ildən 803-cü ilə qədər mövcud olan Avar xaqanlığı dağıldıqdan sonra frankların hücumlarının qarşısında artıq duruş gətirə bilmədi. Bir qismi Cənubi Qafqazda, indiki Dağıstanın Hunzax (hunların olduğu, Hun dağı adlanan yer) adlanan yerdə oturub məskunlaşdı. Çünki avarlar daim hunlarla birlikdə hərəkət edirdilər”, - A.Məmmədli deyir. 

Avarların türksoylu olmasını sübut edən bir sıra səbəblər var. Tarixçinin dediyinə görə, onların dilinin alt qatında çoxlu prototürk sözlər hələ də qalmaqdadır: “Onlardan birisini ifadə edirəm: onlar yağa “nəh” deyirlər. Yağ da nehrədə düzəldilir. Bu sözün bir neçə min il tarixi var. Bu gün bir az qədim avar dilini bilən birisi olsaydı, birmənalı şəkildə avarların türksoylu bir etnos olduğunu, heç şübhəsiz, etiraf edərdi. Mən araşdırmamda da, yazdığım yazılarda da bu məsələyə toxundum”.

© Sputnik / Shahperi Abbasova
Şimal-qərb bölgəsində yaşayan avarlar

Rusiya imperiyası Azərbaycanı 1801-1803-cü illərdə işğal etməyə başladıqdan sonra bu bölgədəki insanları bir-birindən ayırmaq üçün onlar ya İran mənşəli, ya da Qafqaz mənşəli adlandırılırdılar. Və bu konsepsiya Dağıstanda daha çox yeridilirdi.

Müsahibimizin sözlərinə görə, bu gün Dağıstanda və Azərbaycanda əhali arasında gerçək bilgi olmadığı üçün, Sovet dövründən müstəqilliyə qədər türk tarixini araşdırmağa icazə verilmədiyi üçün avarlar özlərini genetik olaraq türklərə bağlı olduqlarını qəbul edə bilmirlər: “Bu, elmi bilgisizlikdən irəli gəlir. Amma bütün parametrlər üzrə avarların ucaboylu, sarışın, bəzən mavigözlü olmaları eynilə onlar haqqında deyilən fikirləri doğruldur. Məşhur tarixçi Pletnova xəzərləri araşdırıb. O, hətta yəhudi, Roma və yunan mənbələrinə istinad edib, deyir ki, avarlar 9 türk qolundan biri idi. Biz, heç olmazsa, buna sayğı duymalıyıq”.

© Sputnik / Shahperi Abbasova
Şimal-qərb bölgəsində yaşayan avarlar

Həmsöhbətimiz avarların türksoylu olmasını sübut edən başqa bir fakta da nəzər saldı: “Azərbaycanın görkəmli şərqşünası və maarifçisi, rus şərqşünaslıq elminin banilərindən olan Mirzə Kazım bəy 1859-cu ildə Qafqaz xalqlarının milli qəhrəmanı Şeyx Şamil Qunibdə tutulduqdan sonra sürgünə göndəriləndə imperatora məktub yazır və Şeyx Şamillə görüşmək üçün icazə alır. Şeyx Şamillə görüşdüyü zaman Mirzə Kazım bəy soruşur: “Ey böyük mücahid, biz indi hansı dildə danışacağıq? Ərəbmi, farsmı?” Şeyx Şamil də cavab olaraq: “Əlbəttə, bizə doğma olan türk dilimizdə danışacağıq”, - deyir”.

“Daha bir fakt - İlisu sultanı Danial Sultanın Şeyx Şamilə verdiyi ən böyük təklif və məsləhətlərdən birisi Türkiyə ilə konfederativ dövlət yaradaraq, Qafqazı Rusiyanın cəngindən çıxarmaq idi. Belə ideyalar o zamandan mövcuddur və "Bir millət, iki dövlət" deyimi də buna bir sübutdur. Yəni bu fikrin əsasını 150 il öncə Danial Sultan və Şeyx Şamil qoymuşlar”, - deyə Akif Məmmədli əlavə etdi.

1144
Əlaqədar
Şeyx Şamilin adını daşıyan qaladan Azərbaycan bayrağı götürülüb
Avar Xəngəli – beləsini hələ görməmişdiniz
Nuh peyğəmbərin azərbaycanlı "nəvələri" alimlərdən kömək istəyirlər
Başsız bədənin uyuduğu sirli qəbir

Kubu on beş manata - pulun var, al, yoxdur, soyuqda qal

12
(Yenilənib 22:18 26.09.2020)
Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir. Artıq Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının hərbi hissələri odun yanacağı ilə tam təmin olunub. Təhsil, səhiyyə müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin isə odun yanacağı ilə təminatı davam edir.

Təsərrüfat sahibləri zoğal ağaclarını niyə kəsirlər? – video
© Sputnik / İlham Mustafa / Leyla Orucova

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov danışıb.

O qeyd edib ki, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Bərdə və Ağcabədi Regional meşə təsərrüfatı mərkəzlərində bugünədək 35 000 m3 həcmində oduncaq tədarük olunub və dəyəri ödənilməklə aidiyyəti üzrə verilib.

Xıdırov vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etməyi tövsiyə edib.

Xidmət rəisi əlavə edib ki, hazırda odun üçün meşə qırımı ilə bağlı problemli regionlar var: "Bunlardan Oğuz, Qəbələ, İsmayıllı rayonlarında odun üçün meşələrdən qırıntı aparmaq istəyənlər olub. Lerik rayonun yaşayış məntəqəsinin meşənin içində olması, qazlaşmanın zəif olması meşələrin qır;lmasına səbəb olur. Qazlaşmanın aparılması bizə də mühafizə işlərində kömək edər".

Onun sözlərinə görə, 2017-ci ildə qanunsuz qırım 55-56 min m3, 2018-ci ildə 28 min m3, 2019 cu ildə 18 min m3-dən yuxarı olub, hazırda isə 6 min m3-dir.

"Bir ağac da kəsilsə biz onu gizlətməyə meylli deyilik. Biz onu aşkarlamaqda maraqlıyıq. Ağac kəsiminə görə cərimələr 1000 manatl keçdikdən sonra işi açılır və məsələ ilə bağlı hüquq mühafizə orqabnlarına müraciət edilir" – deyən rəis vurğulayıb ki, bəzi kəndlər var ki, orada qaz olmadığına görə odundan yanacaq kimi istifadə edilir.

N. Xıdırovun bildirdiyinə görə, vətəndaşları odunla təmin etmək üçün zədələnmiş, xəstə, davamlılığı və texniki oduncaq keyfiyyətini itirmiş, yaşı ötmüş və aşmış ağaclar götürülür: "Həmin ağaclar əvvəlcədən Regional Meşə Təsərrüfatları mərkəzləri tərəfindən qeydiyyata alınır və nömrələnərək, xidmətə göndərilir. Daha sonra ağaclara Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən baxış keçirilir. Bundan sonra ağaclara rəy verilir və ağaclar tədarük edilərək oduncaq kimi verilir. Oduncağın kubu 15 manata satılır. Vətəndaş banka yaxınlaşır, 1 kub üçün 15 manat ödəyir və ona meşə buraxılış orderi ilə meşəyə buraxılaraq, odun alır".

Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.

N. Xıdırov ağacların məhv edilməsi ilə bağlı cərimələrin yetərli olmaması məsələsinə də toxunub: "Bununla bağlı müraciət edilib və təhlillər aparılır. Təsdiq edilməsi gözlənilir".

Onun sözlərinə görə, 2020-ci ildə 221 iş hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib, 262838 manat cərimə hesablanıb və ödənilməsi üçün addımlar atılıb. Meşə qırımları çox zaman meşəətrafı kəndlərdə baş verir.

12
Çəkiliş, arxiv şəkli

Türkiyədə canlı yayımda qalmaqal: Evli qadından biabırçı etiraf

11
(Yenilənib 15:12 26.09.2020)
Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə uşağının qonşusundan olduğunu bilən qadın sevincini gizlətməyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Esra Erolun proqramına qatılan Frat Karakuş yoxa çıxan qızı və həyat yoldaşıı axtardığını deyib. Fırat həyat yoldaşının qonşusu ondan 28 yaş böyük olan Çingizlə qaçdığını düşünürdü. Esra Erol Esra Karakuşu tapıb, canlı yayında hər şeyi etiraf etdirmişdi.

Ötən gün isə özündən 28 yaş böyük qonşu ilə sevgi yaşayan qadın canlı yayında DNK testinin nəticəsini öyrənən zaman sevincini gizlətməyib.

Uşağın ondan olmadığını öyrənən Fırat Karakuş həyatının şokunu yaşadığı zaman gənc qadın sevincindən Allaha dua edib.

Esra Karakuş qonşusu ilə iki il gizli sevgi macərası yaşayıb. Daha sonra qadın bir qız uşağı dünyaya gətirib. Həyat yoldaşı Fırat Karakuşa da uşağın ondan olmadığını deyib. F. Karakuş isə əmin olmaq üçün DNK analizi tələb edib.

Qonşuya gəldikdə isə, onun bir neçə qadınla münasibəti olsa da, heç bir zaman övladı olmayıb.

Qeyd edək ki, qadın 15 gün əvvəl 6 yaşlı oğlunu qonşuya tapşırıb, həkimə getdiyini dedikdən sonra itmişdi.

Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

11