Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Ağır vəziyyətdə olan koronaviruslu xəstələrimizin sayı açıqlandı

21
(Yenilənib 20:36 01.08.2020)
Hazırda ölkədə 5229 nəfər aktiv koronavirus xəstəsi var. Bu gün 7283 koronavirus testi edilib. Onlardan 279-u pozitiv çıxıb.

BAKI,  1 avqust — Sputnik. Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 267 nəfərdir. Onlardan 64 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 5229 nəfər aktiv koronavirus xəstəsi var. Bu gün 7283 koronavirus testi edilib. Onlardan 279-u pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 732 236-ə çatıb.

21
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (270)
Əli Abbasov, arxiv şəkli

Keçmiş nazirimizin daha bir vəzifəsini əlindən aldılar

6
(Yenilənib 11:12 14.08.2020)
Əli Abbasovun xələfi parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

BAKI, 14 avqust — Sputnik. AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

6
Bakıda avtobus, arxiv şəkli

Sabah ictimai nəqliyyat işləməyəcək

2
Nəqliyyat vasitələri 17 avqust səhər saat 06:00-dan yenidən faəliyyətini bərpa edəcək. Bu dövr ərzində taksi xidməti əlçatan olacaq

 

BAKI, 14 avqust — Sputnik. Sabahdan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır. Sputnik Azərbaycan xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobuslar işləməyəcək.

Nəqliyyat vasitələri 17 avqust səhər saat 06:00-dan yenidən faəliyyətini bərpa edəcək. Bu dövr ərzində taksi xidməti əlçatan olacaq.

2
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Bakı küçələrində rekord - paytaxtın yarısı təkər üstündədir
Bakıya ağıllı taksi gətirildi - FOTO
Bakı Nəqliyyat Agentliyindən əhaliyə çağırış üçün daha bir yenilik
Paytaxtda keçid mədəniyyətində ciddi problemlər var - Günahın bir hissəsi piyadalardadır