Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Temperatur dəyişir: Ayın 4-nə kimi qeyri-sabit hava olacaq

8
(Yenilənib 17:22 01.08.2020)
Qərb küləyi əsəcək, avqustun 2-də gündüz və avqustun 3-də küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

BAKI,  1 avqust — Sputnik. Avqustun 2-si axşamdan avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.  

İnsanlar İtaliyada çimərlikdə istirahət edirlər, arxiv şəkli
© AP Photo / Andrew Medichini

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Avqustun 2-də Azərbaycanın şimal və qərb rayonlarında, avqustun 3-də isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, avqustun 2-də gündüz və avqustun 3-də küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. 

Havanın temperaturu avqustun 3-də 3-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti avqustun 4-ü gündüzədək davam edəcək.

8
Koronavirusа qarşı peyvənd, arxiv şəkli

"Misli görünməmiş əməkdaşlığa" "meymun" cavabı - dünya gözləyir, rəsmilərsə düşünürlər

22
(Yenilənib 11:51 14.08.2020)
Mənbə qeyd edib ki, vaksin amerikalıların həyatını xilas edə bilər və Vaşinqton buna görə vaksini "qəbul etmək barədə yaxşı-yaxşı düşünməlidir"

BAKI, 14 avqust — Sputnik. Rusiya koronavirus əleyhinə peyvəndin yaradılması ilə bağlı Birləşmiş Ştatlara kömək təklif edib, lakin amerikalılar bundan imtina ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu adı çəkilməyən rusiyalı məmur CNN telekanalına açıqlamasında bildirib.

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
Ruptly / РФПИ / WHO / Дмитрий Куракин/Пресс-служба Минздрава России

Kanalın mənbəsi qeyd edib ki, Rusiya ABŞ-ın vaksin hazırlanmasına yönəlmiş "Supersəs sürət" layihəsi çərçivəsində bu ölkəyə "misli görünməmiş əməkdaşlıq" təklif edib. Lakin məlum olub ki, ABŞ Rusiyanın tibbi layihələri üçün "açıq" deyil.

"Rusiyaya qarşı ümumi inamsızlıq hiss olunur və biz hesab edirik ki, vaksinlər, testləşdirmə və müalicə daxil olmaqla bu texnologiyaları ABŞ məhz inamsızlığa görə qəbul etmir", - deyə yüksəkvəzifəli rusiyalı məmur bildirib.

Rusiya rəsmi dairələri telekanala bildiriblər ki, Rusiya Federasiyası vaksin haqqında informasiya mübadiləsinə hazırdır. Bu, ABŞ farmakoloji şirkətlərinə ABŞ-da vaksin istehsal etməyə yardım edə bilər.

Mənbə qeyd edib ki, vaksin amerikalıların həyatını xilas edə bilər və Vaşinqton buna görə vaksini "qəbul etmək barədə yaxşı-yaxşı düşünməlidir":

"Əgər bizim vaksin ən effektiv vaksinlərdən biri olsa, onda suallar meydana çıxacaq: Niyə ABŞ bu imkanı öyrənmədi, niyə siyasət vaksinin yoluna çıxdı".

Bu arada ABŞ rəsmiləri CNN-ə bildiriblər ki, ABŞ-da Rusiya vaksini "tam hazırlanmış hesab olunmur və ona görə də Amerikada ciddi maraq doğurmayıb".

"ABŞ onu heç meymunlar üzərində sınamayacaq, o ki qaldı insanlar üzərində", - deyə adı çəkilməyən ABŞ məmuru bildirib.

Öz növbəsində RF Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov RİA Novosti-nin sorğusuna cavab olaraq bildirib ki, Rusiya COVID-19 əleyhinə vaksinin hazırlanması sahəsində ABŞ-a heç bir rəsmi təklif göndərməyib.

Xatırladaq ki, avqustun 11-i Prezident Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən, yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

22
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İnsanları ölümcül xəstəlikdən "Sputnik" xilas edəcək
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?
"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Zibillik, arxiv şəkli

Üfunəti tüstü ilə ört-basdır etməyin qiyməti üç min manatdır

6
(Yenilənib 11:43 14.08.2020)
Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib

BAKI, 14 avqust — Sputnik. Füzuli rayonu Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib. Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3000 manat məbləğində cərimə edilib.

Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib.

6
Əlaqədar
Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi
Havanı çirkləndirən sexin sahibi cəzalanıb
Sədri peşman edən iyirmi ilin rahatlığı: pulsuzluq artıq üfunət iyi verir - VİDEO - FOTO
Xırdalan yenə qara tüstüyə büründü - VİDEO - FOTO
BŞİH çimərliklərlə bağlı əhaliyə müraciət edib