CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Dərə”də heyvanların boğazına bıçaq kəsənlər saxlanılıb

© Photo : Aqil İbrahimovQurbanlıq qoyunlar
Qurbanlıq qoyunlar - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 7 nəfər saxlanılaraq 41-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.

BAKI, 1 avqust — Sputnik. Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoyumadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

© AR Ministry of Internal AffairsQanunsuz qəssablıq edənlər
“Dərə”də heyvanların boğazına bıçaq kəsənlər saxlanılıb - Sputnik Azərbaycan
Qanunsuz qəssablıq edənlər

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “Badamdar” qəsəbəsində “Dərə” adlanan ərazidə qeyri-qanuni heyvan kəsimi həyata keçirildiyi məlum olub. Bu fəaliyyətlə məşğul olan ümumilikdə 7 nəfər saxlanılaraq 41-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri cərimə ediliblər.

Xəbər lenti
0