Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

Nazirlikdəki 27 nöqsanla bağlı Baş Prokurorluğa müraciət edilib

7
(Yenilənib 15:25 01.08.2020)
Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

BAKI, 1 avqust – Sputnik. Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib. 

Qeyd olunub ki, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

7
Termometr, arxiv şəkli

Sabahın hava proqnozu açıqlandı

19
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Sentyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

19
Qərənfil, arxiv şəkli

Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində həlak olan məktəblilərimiz barədə

117
(Yenilənib 14:33 28.09.2020)
Təhsli Nazirliyi: 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir

BAKI, 28 sentyabr — Sputnik. "Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir".

Sputnik Azərbaycan-a bu barədə Təhsil Nazirliyindən daxil olan məlumatda bildirilir ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir. Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.

© AR Ministry of Education.
2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.

"Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!", - Nazirlik bildirib.

117
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan: "Türkiyə Azərbaycanın yanındadır. Artıq hesab vaxtı gəldi"

0
(Yenilənib 16:03 28.09.2020)
Ərdoğan: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi ilə bölgə yenidən sülh və dincliyə qovuşacaq.

BAKI, 28 sentyabr — Sputnik. Ötən gün Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha qınayıram. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Tarix, Siyasət və Ölkələrarası dəniz hüququ və Şərqi Aralıq dənizi simpoziumu"nda çıxışı zamanı bildirib.

"Türkiyə, bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi ilə bölgə yenidən sülh və dincliyə qovuşacaq. Artıq hesab vaxtı gəldi. Azərbaycan istər-istəməz öz göbəyini özü kəsmək məcburiyyətində qalmışdır", – deyə Ərdoğan qeyd edib.

0