CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayın ilk bazar günü necə keçəcək?

© AP Photo / Andrew MedichiniЛюди отдыхают на пляже в Италии, фото из архива
Люди отдыхают на пляже в Италии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23,  gündüz  30-35, Bakıda  gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

BAKI, 1 avqust – Sputnik. Avqustun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. 

Flame Towers qülləsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabahın hava proqnozu açıqlandı

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23,  gündüz  30-35, Bakıda  gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-17, gündüz  18-23 dərəcə  isti olacaq.

Xəbər lenti
0