Çimərlikdə atılmış istifadə olunmuş tibbi maska, arxiv şəkli

Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik

893
(Yenilənib 15:47 01.08.2020)
Maska, əlcək və digər plastik əşyaların dənizə atılması isə gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Koronavirus pandemiyası dövründə istifadə olunan qoruyucu fərdi vasitələr onsuz da bərbad vəziyyətə saldığımız ətraf mühitin çirklənməsi səviyyəsinə mənfi təsir göstərir.

Bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında deyilir. Hesabatda qeyd olunur ki, maska, əlcək, dezinfeksiya vasitələri qabları küçələri, çimərlikləri və dünya okeanını zibilləyir.

Hesabata görə, plastik çirklənmə pandemiyaya qədər Yer kürəsi üçün ən böyük təhdid olub. Bu cür qoruyucu vasitələrin istifadəsi isə vəziyyəti daha da gərginləşdirir.

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son dövrlərdə dənizlərdəki plastik tullantıların miqdarı indiyə qədər müşahidə edilməyən rekord həddə çatıb. Belə ki, plastik tullantıların çox olması ətraf mühiti, insanların sağlamlığını və hətta planeti təhlükə qarşısında qoyub.

"Araşdırmalara görə, il ərzində bütün dünyada 300 milyon ton plastik istifadə edilir. İstifadədən sonra plastiklərin təqribən 2 faizi, yəni 6 milyon tonu dənizə atılır. Plastiklər dəniz suyunda uzun illər qalır, çürümür, yox olmur. Kiçik parçalara bölünür və mikroplastikləri ortaya çıxarır. Bu da qidalanma vasitəsilə bu plastiklərin insan orqanizminə keçməsinə səbəb olur" – deyə ekoloq bildirib.

Onun sözlərinə görə, plastiklər dənizə müxtəlif yollarla düşür. Hesablamalara görə, dənizə düşən plastiklərin 70 faizi gəmilər vasitəsilə, qalanı isə digər yollarla dənizə atılır.

Ekoloq qeyd edib ki, çimərliklərin və dənizin təmizlənməsi iqtisadi baxımdan çox vəsait tələb edir.

Yeni qayda: Plastik tullantıları istehsal edənlər yığışdıracaq

Uşaq bezləri-plastik şüşə 450 il, plastik torbalar 20 il dənizdə qalır, məhv olmur. Bu problemin qarşısını vaxtında almaq lazımdır. Plastik məmulatların istehsalı ilə məşğul olan şəxslər də bir qədər məsuliyyətli davranmalıdırlar. İstehsalçılar təkrara istehsal edilə bilən məmulatlar istehsal etməli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş məmulatlar əvəzinə çox istifadə edilə biləcək məhsullar istifadə etməlidir" – deyən V.Əliyev bildirib ki, müxtəlif ölkələr bununla bağlı qanunlar qəbul edib.

İrlandiyada 2002-ci ildə alış-veriş zamanı sellofan paketlər pulla satılmağa başlanılıb və 2012-ci ildə ölkədə belə paketlərdən istifadə edənlərin sayının 90 faiz azaldığı müəyyən edilib.

Türkiyədə də bələdiyyələr bazar və iş yerlərində plastik torbaların istifadəsini qadağan edib.

Həkim-terapevt Xatirə Əhmədovanın sözlərinə görə, plastik məhsulların toksik və hormonal təsirləri insana böyük zərər verir. Plastik məhsullar ürək çatışmazlığı xəstəliklərinə, sinir xəstəliklərinə yol aça bilər.

"Yəni insan hansısa xəstəliyə yoluxanda çox zaman niyə oldu, nədən oldu səbəbini bilmir. Ancaq qeyd etmək lazımdır ki, təbiətə atılan zərərli maddələr, istixana qazları, plastik məhsullar zamanla müxtəlif xəstəliklərə səbəb olur. Son dövrlər pandemiya ilə bağlı şəhərin hər yerində qarşımıza istifadə edilmiş əlcəklər, maskalar çıxır. Bu, müxtəlif xəstəliklərin, ilk növbədə də koronavirisun yayılmasına səbəb olur. Maska, əlcək və digər plastik əşyaların dənizə atılması isə gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu vasitələr dənizi də təhlükəli hala salır. Təsəvvür edin, dənizdə çimdiyiniz halda qarşınıza xəstə birinin maskası və ya istifadə edilmiş əlcək çıxır. Bunu qəbul edərsinizmi? Bunu əlcək, maska və ya digər tullantıları dənizə atan şəxslər də düşünməlidir. Bu həm də vicdan məsələsidir" – deyə həkim bildirib.

Onun sözlərinə görə, plastik əlcəklər uzun müddət çürümədiyi üçün təkcə insan sağlamlığına deyil, ətraf mühitə də öz zərərlərini verir.

893
Protezlər, arxiv şəkli

Qazilərin təminatı dərəcədədir - Agentlik hesabat verdi

2
(Yenilənib 13:37 16.01.2021)
Dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub.

 

BAKI, 16 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.

Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.

Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.

Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.

2
Xalq artisti Faiq Ağayev, arxiv şəkli

Faiq Ağayev anasını klipə çəkdi, məşhurları oxutdu - VİDEO

5
(Yenilənib 13:24 16.01.2021)
Klipdə Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova və digər məşhurlar da yer alıblar

BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.

Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.

5
Teqlər:
qələbə, Qarabağ, klip, Faiq Ağayev