CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yasamal gölünü kim qurudur? Müəmma davam edir

© Sputnik / Irade JELILYasamal gölü
Yasamal gölü - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz həmin ərazidə heç bir tikinti işi aparmamışıq. Belə bir fikrimiz də yoxdur. Ərazidə Yasamal rayon İcra Hakimiyyəti abadlıq işi aparıb, bir neçə gün ordakı məişət tullantılarını daşıtdırıb" - Şirkət direktoru

BAKI, 1 avqust – Sputnik. "Yasamalda gölün ətrafında abadlaşdırma işini biz yox, İcra Hakimiyyəti aparıb. Bir daha bildirirəm ki, Bakının Yasamal rayonunda “Tri Korona” kimi tanınan binaların yaxınlığında, gölün ətrafında heç bir tikinti işi aparılmır".

Qəbələ rayonu Vəndam qəsəbəsindəki yolların vəziyyəti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Abadlığın arxasında gizlənmiş bərbad mənzərə

Sputnik Azərbaycan xəbər verir ki, bunu ərazinin məxsus olduğu "Lake Residace" şirkətinin direktoru Çingiz Məhərrəmov APA-ya açıqlamasında deyib.

Ç. Məhərrəmov qeyd edib ki, son vaxtlar ərazi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır: "Biz həmin ərazidə heç bir tikinti işi aparmamışıq. Belə bir fikrimiz də yoxdur. Ərazidə Yasamal rayon İcra Hakimiyyəti abadlıq işi aparıb, bir neçə gün ordakı məişət tullantılarını daşıtdırıb".

Şirkət rəhbəri vurğulayıb ki, mediada ərazi ilə bağlı yayılmış fotoşəkillər köhnədir: "Biz bununla bağlı araşdırma aparmışıq. Hansısa marağı olan şəxslər həm dövlət qurumlarına, həm də mediaya yalan məlumat verərək, guya ərazidə sahibkar tərəfindən tikinti aparıldığını qeyd ediblər. Halbuki belə tikintindən söhbət gedə bilməz. Bir daha media qurumlarından yalan məlumatlara inanmamağı, köhnə şəkilləri yaymamağı xahiş edirik".

Xəbər lenti
0