Hava limanında sərnişin, arxiv şəkli

Xaricdə gəzmək istəyən özünə agent tapsın - hər şey qanunidir bu gündən başlayır

790
(Yenilənib 23:53 31.07.2020)
Onlayn bilet satışından fərqli olaraq bileti tur şirkətlərindən almaq biletin qiymətinə çox cüzi təsir edir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Koronavirus pandemiyası başlayandan turizm şirkətləri aviabilet satışından məhrum olub. Azərbaycan digər ölkələrlə hava sərhədlərinin bağladığından uçuşlar təxirə salınsa da, artıq bir müddətdir ki, uçuşlar bərpa edilməsinə baxmayaraq turizm şirkətlərinə bilet satılmır. Bilet satışı AZAL tərəfindən onlayn həyata keçirilir.

 İyulun 28-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü keçirilib. Bu görüşdə “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov bildirib ki, turizm şirkətlərinin arzuları nəzərə alınaraq Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribütor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində oflayn satışı açacaqdır.

Sputnik Azərbaycan aylardır aviabilet satışından məhrum olan tur şirkətlərinin problemini araşdırıb.

“Baku Life Travel”in rəhbəri Aqşin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya başlayandan turizm şirkətləri bilet satışından məhrum olub: "Çünki Azərbaycan koronavirusa görə öz hava sərhədlərini bağlamışdı. Artıq bir neçə aydır ki, AZAL çarter reyslər həyata keçirir. Amma bilet satışı onlayn həyata keçirilir. Turizm şirkətlərinə isə hələ ki bilet satılmır. Mehriban xanımın göstərişi ilə turizm şirkətlərinə bilet satışına avqustun 1-dən icazə verilməsi bizi çox sevindirdi. Çünki turizm şirkətlərinin müştərisi çoxdur.

Biz kart vasitəsilə onlayn bilet almaqda çətinlik çəkirik. Bir müştəri üçün bilet aldıqdan sonra bank kartı bloklanır. Hər müştəri üçün bank kartı açmaq isə sərf etmir. Bu qərar müştərilərin də xeyrinədir. Çünki onlayn bilet satışı tez qurtarır. Hər adamın onlayn bilet almaq üçün bank kartı yoxdur. Turizm şirkətləri isə bilet satışında bir çox üstünlüklərə malikdir. Tur şirkətindən bilet alan müştərinin biletinin tarixini sistemə daxil olaraq dəyişə bilir. Onlayn bilet satışında isə müştərilər bu məsələ ilə bağlı problem yaşayırlar. Turizm şirkətlərinə bilet satışı üçün icazənin verilməsinin hərtərəfli üstünlükləri var".

A.Hüseynov deyir ki, hazırda Azərbaycandan Türkiyə, Kiyev, London, Minsk, Dubay istiqamətlərində uçuşlar bərpa edilib. Bu istiqamətlər üzrə bilet satışı avqustun 1-dən etibarən tur agentliklər vasitəsilə mümkün olacaq. Onun sözlərinə görə, onlayn bilet satışından fərqli olaraq bileti tur şirkətlərindən almaq biletin qiymətinə çox cüzi təsir edir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından (ATAA) isə Sputnik Azərbaycan-a bildirilib ki, bu məqsədlə ATAA turizm şirkətlərinə müraciət ünvanlayıb: "ATAA Azərbaycanın milli aviadaşıyıcısının turizm agentləri üçün avqustun 1-dən etibarən mövcud istiqamətlər üzrə aviabilet satışı hüquqlarını bərpa etməsini nəzərə alaraq turizm şirkətlərinə müraciət edib.

Qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev koronavirus pandemiyası (COVID-19) təhlükəsinin həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində davam etdiyini nəzərə alaraq turizm şirkətlərini gələcək fəaliyyətlərində işçi personalının, eyni zamanda ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xüsusi diqqət yetirməyə və mövcud təlimatlara əməl etməyə çağırıb. Rüfət Hacıyev koronavirus pandemiyası dövründə AZAL tərəfindən sərnişinlərin sağlamlığının qorunması üçün atılan addımları yüksək qiymətləndirdiyini və analoji tədbirlərin turizm şirkətləri tərəfindən də həyata keçirilməsinin vacib olduğunu bildirib.

Assosiasiya sədri koronavirus pandemiyasına qarşı görülən tədbirlərin davamı olaraq turizm şirkətlərinə ATAA tərəfindən hazırlanan xüsusi metodiki göstərişlərdən ibarət xidmət proseduruna əməl edilməsini və gələcək fəaliyyətlərinin hazırlanan xüsusi videotəlimata uyğun olaraq qurulmasını tövsiyə edib. Rüfət Hacıyev koronavirus pandemiyasının Azərbaycan ərazisində yayılmasının ilk günlərindən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən turizm şirkətlərinin üzləşdiyi çətinlikləri, onların problemlərini daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq Dövlət Turizm Agentliyi və "Azərbaycan Hava Yolları" QSC-nin rəhbər şəxsləri ilə görüşlər keçirildiyini, müzakirələr aparıldığını, bir sıra təkliflərin hazırlanaraq təqdim edildiyini və onların bir qisminin öz müsbət həllini tapdığını qeyd edib. O, ATAA olaraq bundan sonrakı dövrdə də turizm şirkətlərinin sağlam fəaliyyətinə dəstək olunacağını diqqətə çatdırıb".

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı və bəzi xarici aviaşirkətlər tələbatın daha yüksək olduğu istiqamətlər – İstanbul, London, Berlin, Dubay və Minsk istiqamətlərində xüsusi beynəlxalq reyslər yerinə yetirməyə başlayıb. Karantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır. Bununla belə, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir. 

790
Əlaqədar
Türkiyə azərbaycanlılar üçün variant deyil? Rusiya kimləri qəbul edəcəyini açıqladı
Fransa virusla əlaqədar yenidən sərhədlərini bağlayır
İstirahət yoxdur, olmayacaq! Bu il kurortlardan çəkinmək məsləhət görülür
Sərhədlərin açılması ilə iş bitmir, gərək bunun fəsadlarına hazır olaq
Göylə uça bilərsiz, yerlə gedə bilməzsiz! Ən yaxşısı isə ümumiyyətlə evdən çıxmamaqdır
Zibillik, arxiv şəkli

Üfunəti tüstü ilə ört-basdır etməyin qiyməti üç min manatdır

4
(Yenilənib 11:43 14.08.2020)
Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib

BAKI, 14 avqust — Sputnik. Füzuli rayonu Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib. Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3000 manat məbləğində cərimə edilib.

Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib.

4
Əlaqədar
Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi
Havanı çirkləndirən sexin sahibi cəzalanıb
Sədri peşman edən iyirmi ilin rahatlığı: pulsuzluq artıq üfunət iyi verir - VİDEO - FOTO
Xırdalan yenə qara tüstüyə büründü - VİDEO - FOTO
BŞİH çimərliklərlə bağlı əhaliyə müraciət edib
Miraj restoranı

Bu dəfə restoranın adı da kömək eləmədi, tapdılar, cərimələdilər

3
Obyektin icarədarı Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib

BAKI, 14 avqust — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

© AR Ministry of Internal Affairs
Yaşar Mövsümov

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhərin Heydər Hüseynov küçəsində yerləşən “Miraj” restoranının qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub. Obyektin icarədarı Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 3100 manat cərimə edilib.

 

3
Əlaqədar
Əvvəllər yeyib-içənləri tuturdular, indi onun şəklini paylaşanları
Dağ kəndində karantin rejimini pozan kafe aşkarlanıb
İcazəsiz Qusara istirahətə gələn 18 nəfər cərimələnib
Üç yüz manat xeyir götürəcəkdi, 15 günlük həbsə düşdü - FOTO
Baba nəvəsinə ad günü təşkil etdi, qonaqlar hədiyyə əvəzinə cərimə ödədilər