Ət kəsimi

Əti yenidən əvvəlki ucuz qiymətdən ala bilərik - SƏBƏB

264
(Yenilənib 17:09 31.07.2020)
Maraqlıdır ki, “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov məhz ət kəsimi ilə yadda qalan Qurban Bayramı ərəfəsində azadlığa çıxıb.

BAKI, 31 iyul - Sputnik. Bir il öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan  “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov azadlığa çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, A.Rzaxanov istintaq müddəti bitdikdən sonra azadlığa buraxılıb. O, yenidən Bakıda ət kəsimi fəaliyyəti ilə məşğuldur.

Qeyd edək ki, "Leş Tofiq"in rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.

264
Bakıda maska taxmış şəxs

Yoluxanların sayı artdı, sərtləşməyə hazır olun!

10
Azərbaycanda koronavirus xəstələrinin 40 min 272 nəfəri müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

10
Əməliyyat, arxiv şəkli

Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

10
(Yenilənib 21:00 20.10.2020)
Canlı donor və onun tərəfindən transplantasiyanın həyata keçirilməsinə verilmiş məlumatlandırılmış razılıq haqqında məlumatlar canlı donorlar reyestrinə daxil edilir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Canlı donordan donor orqan götürülməsinə qoyulan məhdudiyyət müəyyən edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 18-ci maddəsinə (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi, kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir.

Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, canlı donor - öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən fəaliyyət qabiliyyətli on səkkiz yaşına çatmış (sümük iliyi və kök hüceyrələri istisna olmaqla) sağlam şəxsdir.

Orqanın götürülməsi əməliyyatından əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır.

Canlı donor və onun tərəfindən transplantasiyanın həyata keçirilməsinə verilmiş məlumatlandırılmış razılıq haqqında məlumatlar canlı donorlar reyestrinə daxil edilir.

Bu qanun Azərbaycanda insan orqanlarının və toxumalarının (bundan sonra - orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

10
Moskvada Gəncənin atəşə tutulması nəticəsində həlak olanlara xatirə lövhəsi

Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı

0
(Yenilənib 21:53 20.10.2020)
Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Çex Respublikasında Azərbaycan İcması" təşkilatının təşəbbüsü ilə Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Çexiya ictimaiyyətinin diqqətini vandalizm aktlarına yönəltmək üçün soydaşlarımız təsirli bir vasitədən - rəmzi məna daşıyan sahibsiz ayaqqabılardan və oyuncaqlardan istifadə ediblər. Soydaşlarımız hər bir insanı Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Soydaşlarımızın təşkil etdikləri aksiyada Praqa sakinləri azərbaycanlı şəhid uşaqların "sahibsiz ayaqqabıları"na şahidlik ediblər. Bundan başqa, "Sarı gəlin" mahnısının sədaları altında yekunlaşan aksiyanın sonunda soydaşlarımız meydanı tərk edib, meydanda sahibsiz ayaqqabılar, yanan şamlar və gəlinciklər qalıb.

https://www.facebook.com/photo?fbid=10158710955931489&set=pcb.10158710956176489

Yunanıstanda da oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncədə baş vermiş terrorun qurbanları anılıb.

Estoniyanın Tallin şəhərində Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb.

İspaniyanın Madrid şəhərində, Macarıstanın Budapeşt şəhərində, Özbəkistanın Daşkənd şəhərində, Misirin Qahirə şəhərində, Rusiyanın Moskva şəhərində, İsveçrənin Bern şəhərində, Tacikistanın Düşənbə şəhərində, Litvanın Vilnüs şəhəridə, Böyük Britaniyanın London şəhərində, Çinin paytaxtı Pekində də dəhşətli gecənin qurbanları anılıb.

0
Əlaqədar
“Qızımın vəziyyətinin necə olduğunu hələ də bilmirəm” – Gəncə faciəsinin qurbanı
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi