Manat, arxiv şəkli

Su təsərrüfatı qurumlarına yenə maliyyə ayrıldı - Bu dəfə Balakənə görə

2608
Xatırladaq ki, bu günlərdə keçirilmiş su probleminə həsr olunmuş müşavirədə dövlət başçısı su təsərrüfatı qurumlarını sərt tənqid etmişdi.

BAKI, 31 iyul - Sputnik. Prezident İlham Əliyev Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyev həmçinin Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrası üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.

2608
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp: “Regionda yaxşı münasibətlərimiz var, baxacağıq”

13
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub

BAKI, 28 sentyabr - Sputnik. ABŞ Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyir. Baxacağıq görək, zorakılığı dayandıra biləcəyikmi.

Sputnik Azərbaycan bildirir ki, bunu bazar ertəsi jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz bunu çox diqqətlə izləyirik. Bizim həmin regionda yaxşı münasibətlərimiz var. Baxacağıq görək, onu (gərginliyi) azalda bilirikmi”, - Tramp bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

13
Teqlər:
Donald Tramp, Ermənistan, Azərbaycan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular
Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur
Co Bayden, arxiv şəkli

Co Bayden Qarabağdan danışıb Rusiyaya eyham vurdu

20
Bayden deyib ki, Vaşinqton da öz yardım proqramlarını gözdən keçirməlidir ki, heç bir silahlanmanın hücum niyyətilə istifadə olunmayacağına zəmanət ala bilsin

BAKI, 28 sentyabr - Sputnik. Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlığını bildirərək atəşi dayandırmağa çağırıb.

“Dağlıq Qarabağda zorakılığın alovlanması məni dərindən narahat edir və təcili deeskalasiyaya, atəşkəsin bərpasına, Ermənistanla Azərbaycan arasında danışıqların yenilənməsinə çağırıram”, - siyasətçinin qərargahının bazar ertəsi yaydığı məlumatda deyilir.  

Onun fikrincə, ABŞ təmas xəttində müşahidəçilərin artırılmasında israr etməli, “Rusiyanı hər iki tərəfə silah tədarük etməkdən çəkindirməlidir”. Bundan başqa, Bayden deyib ki, Vaşinqton da öz yardım proqramlarını gözdən keçirməlidir ki, heç bir silahlanmanın hücum niyyətilə istifadə olunmayacağına zəmanət ala bilsin.

“Dağlıq Qarabağda zorkılığın artması daha iri regional münaqişəyə çevrilə bilər, ona görə regiondakı üçüncü tərəflər münaqişədən aralı durmalı, Minsk qrupunun vasitəçiləri isə dərhal deeskalasiyaya və danışıqların yenilənməsinə nail olmalıdırlar”, - Bayden deyib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

20
Teqlər:
ABŞ, Co Bayden, Azərbaycan, Ermənistan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur
Ermənistan ordusunun daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular