Здание Министерства внутренних дел Азербайджанской Республики

DİN Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib

10
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır.

BAKI, 31 iyul - Sputnik. Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə,  müraciətdə deyilir: “Qarşıdan gələn Qurban bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, cansağlığı, xoşbəxtlik, hər bir ailəyə bol ruzi-bərəkət arzulayırıq.

Bu bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).

Xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur”.

10
ABŞ bayrağı. Arxiv şəkli

ABŞ səfirliyindən xəbərdarlıq: Abşeron yarımadasını tərk etməyin

29
(Yenilənib 21:23 25.09.2020)
Azərbaycanın bölgələrində olan ABŞ vətəndaşlarına isə hadisələrin inkişafından xəbərdar olmaq üçün yerli xəbərləri izləmək məsləhət görülür

BAKI, 25 sentyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi xəbərdarlıq yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, səfirlik ABŞ vətəndaşlarına gərəkli səbəb olmadan Abşeron yarımadasının hüdudlarından kənara çıxmamağı tövsiyə edir. Bu xəbərdarlıq son günlər Ermənistan – Azərbaycan sərhədində vəziyyətin gərgin olması ilə izah edilir. Səfirlik öz əməkdaşları və onların ailə üzvlərini Abşeron yarımadasını tərk etməmək barədə artıq təlimatlandırıb.

Azərbaycanın bölgələrində olan ABŞ vətəndaşlarına isə hadisələrin inkişafından xəbərdar olmaq üçün yerli xəbərləri izləmək məsləhət görülür. Səfirlik ABŞ vətəndaşlarını ictimai yerlərdə, kütləvi toplantılarda ehtiyatlı olmağa çağırıb. Diplomatik korpus bildirib ki, təhlükəsizlik barədə vəziyyəti izləməyə davam edəcək və lazım olduqda əlavə məlumat yayacaq.

29
Teqlər:
gərginlik, sərhəd, Azərbaycan, Ermənistan, tərk etmək, Abşeron yarımadası, əməkdaşlıq, vətəndaşlar, xəbərdarlıq, ABŞ səfirliyi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
İnsanlar su üçün növbəyə dayanıblar, arxiv şəkli

sayğac var, standart ya su qıtlığına dair izahat

5
(Yenilənib 20:23 25.09.2020)
"Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur"

BAKI, 25 sentyabr — Sputnik. "Hazırda Bakının bəzi ərazilərində, xüsusən bağ massivlərində, ətraf qəsəbələrdə və onların inkişaf ərazilərində içməli su təchizatı vətəndaşların özləri tərəfindən çəkilmiş tikinti normalarına cavab verməyən xətlər hesabına təmin edilir".

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, standartlara cavab verməyən su xətlərinə daha çox Abşeron rayonunun Ceyranbatan, Saray, Masazır, Novxanı, Hökməli, Qobu, Binəqədi, Sabunçu, Suraxanı rayonlarının qəsəbələrində rast gəlinir.

A.Cəbrayıllı bildirib ki, vətəndaşlar bəzən su xətlərini torpağın üstü ilə çəkirlər.

"Yeni tikilən evlərin sahibləri qonşudan su çəkməklə fərdi şəbəkələri genişləndirir ki, bu da istismarda çətinliklər yaradır. Sadalanan ərazilərdə sudan qeyri-qanuni istifadə halları çoxdur. "Azərsu" ASC-nin əməkdaşları isə o xətləri nə vaxt aşkar etsələr, onda qanunsuz istifadənin qarşısını ala bilərik", - deyən mətbuat katibi bir il ərzində mindən çox belə qanunsuz hallar aşkar edildiyini vurğulayıb.

"Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur", - deyə o əlavə edib.

5
Teqlər:
Anar Cəbrayıllı, "Azərsu" ASC, su sayğacları, sayğac, magistral su xətti, susuzluq, susuz, su