İsti havada iş, arxiv şəkli

“Qora bişirən ay”ın necə keçəcəyi açıqlandı

15
(Yenilənib 18:35 30.07.2020)
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəcə aşağı olacağı gözlənilir

BAKI, 30 iyul – Sputnik. Avqust ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəcə aşağı olacağı gözlənilir. 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Avqust ayının birinci ongünlüyünün birinci yarısında respublikanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, arabir güclənən şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 21-26, gündüzlər 29-34, bəzi günlərdə 36-38 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 6-8 mm) gözlənilir.                                          

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 18-23, gündüzlər 28-33, bəzi günlərdə 36-40 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 6-10 mm) gözlənilir.                                           

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. 

Gecələr havanın temperaturu 13-18, gündüzlər 19-24, bəzi günlərdə 27-29 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 32-55 mm) gözlənilir.                                          

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 19-24, gündüzlər 28-33 dərəcə isti olacaq, bəzi günlərdə 35-37 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 15-27 mm) gözlənilir.                                          

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 16-21, gündüzlər 22-27, bəzi günlərdə 30-34 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-116 mm) gözlənilir.  

                                        

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 20-25, gündüzlər 30-35, bəzi günlərdə 37-40 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-22 mm) gözlənilir.                                          

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 20-25, gündüzlər 25-30, bəzi günlərdə 35 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-83 mm) gözlənilir.

15
Televizora baxan adam, arxiv şəkli

Serial mövsümü başlayır - telekanallar nəyi göstərəcək?

11
(Yenilənib 19:26 21.09.2020)
Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. "Oscar" Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir.

Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftəiçi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan "Bir qadın" serialı 2-ci mövsümünə sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftəiçi dörd gün yayımlanacaq.

11
Teqlər:
telekanallar, milli teleseriallar, serial
Əlaqədar
Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Serial çəkilişlərinə başlamaq onlara baha başa gəldi
Cazibədar rəqqasə serial çəkir
Məşhur aktyor serial çəkilişləri zamanı vəfat edib
Yaşlı insanlar, arxiv şəkli

Pensiya yaşı artırılacaq? Rəsmi açıqlama

15
(Yenilənib 19:22 21.09.2020)
"Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq".

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

A.Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır: "Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq".

O deyib ki, son 2 ildə pensiya sahəsində ciddi islahatlar aparılıb, pensiyaçıların pensiyaya çıxma imkanlarının mülayimləşdirilməsi prosesi baş verib.

Fond rəsmisi deyib ki, 2019-cu il 1 yanvar tarixindən pensiya yaşına çatan şəxslərin 25 illik stajının tanınması əksər insanların pensiyaya çıxma imkanlarını artırdı:

"1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək şəxsin minimum staja malik olması əsas şərtlərdən idi. Şəxsin 1 ay belə stajı var idisə, onun 2006-cı il tarixədək stajı tanındı. 25 il də pensiyaya çıxmaq üçün tələb olunan norma olduğu üçün minlərlə vətəndaş pensiyaya çıxmaq imkanı əldə etdi".

15
Teqlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Əmək pensiyaları haqqında" qanun, pensiya təminatı, əmək pensiyaları, əmək pensiyası, pensiya yaşı, pensiya
Əlaqədar
Pensiya almaq istəyənlərə şad xəbər - stajları bir neçə il artacaq
Yaşa görə orta aylıq pensiya artıb
Pensiya və yardım kartı itənlərə xəbərdarlıq
Kişilər və qadınlar üçün yeni pensiya yaşı müəyyənləşdi

Bakı Yaroslavlı birbaşa aviareys birləşdirə bilər

0
(Yenilənib 22:00 21.09.2020)
Rusiya vilayətinin hökuməti azərbaycanlı biznesmenlərin yeni istiqaməti işləmək ideyasını dəstəkləyib

Sputnik, Lev Rıjkov

BAKI, 21 sentyabr — Sputnik. Bakı və Yaroslavlı birbaşa aviareys birləşdirə bilər. Rusiya vilayətinin hökuməti azərbaycanlı biznesmenlərin yeni istiqaməti işləmək ideyasını dəstəkləyib

Birbaşa aviaəlaqə yaratmaq təşəbbüsü Rusiyanın Yaroslavl vilayəti və Azərbaycan Respublikasının rəsmilərinin, eləcə də sahibkarların iştirakı ilə keçirilən ticarət-iqtisadi əməkdaşlığın perspektivlərinə həsr olunmuş videokonfrans zamanı səsləndirilib.

"Turizm sektorunun təmsilçiləri Azərbaycanla Yaroslavl arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycan nümayəndələri tərəfindən səsləndirilmiş təkliflərdən biri Yaroslavl ("Tunoşna") və Bakının hava limanları arasında birbaşa aviareysin açılmasından ibarət idi", - Yaroslavl vilayət Regional inkişaf və xarici iqtisadi fəaliyyət Departamentinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər.

Təklif Yaroslavl vilayət hökumətinin sədr müavini Maksim Avdeyev tərəfindən dəstəklənib. Departamentdə qeyd ediblər ki, təşəbbüslər dərindən işlənilməlidir, lakin iki şəhər arasında aviaəlaqə qurmaq ideyası qarşılıqlı maraq doğurub.

"Tunoşna" hava limanı beynəlxalq statusa malikdir. Hazırda bu hava limanı aşağıdakı istiqamətdə reyslər həyata keçirir: Soçi, Sankt-Peterburq, Kazan, Simferopol, Krasnodar, Moskva ("Aeroflot"un transfer reysi). "Tunoşna"da hava limanının buraxılış imkanını artırmaq məqsədi ilə aerovağzal binasınının genişləndirilməsi üzrə işlər aparılır. Həmçinin süni örtüklü uçuz-enmə zolağının, təyyarələrin dayanacağının rekonstruksiyasını həyata keçirmək planlaşdırılır. Hazırda hava limanı Boeing 757-200, Airbus A319, Airbus A320, Boeing 767-300 təyyarələrini qəbul etmək imkanına malikdir. Bu tip təyyarələr "Azərbaycan hava yolları"nın (AZAL) donanmasının əsasını təşkil edirlər.

"Yaroslavl hava limanında gömrük və sərhəd yoxlamasını həyat keçirmək üçün imkan var", - Vilayət Regional inkişaf və xarici iqtisadi fəaliyyət departamentinin mətbuat xidmətindən bildirilib.

0
Əlaqədar
"Aeroflot" Bakıya uçuşlara başlayır