CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlara sərnişindaşıma nə vaxt bərpa olunacaq?

© AR Ministry of Internal AffairsПост между районами, фото из архива
Пост между районами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Pandemiya dövründə qadağan edilmiş sərnişin daşımalarının və fəaliyyətinə məhdudiyyət tətbiq olunmuş avtovağzalların və avtostansiyaların işinin bərpası Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən mərhələli şəkildə təmin ediləcək

BAKI, 30 iyul — Sputnik. Pandemiya dövründə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları həyata keçirən sahibkarlıq subyektlərinin fəaliyyətinin rəsmiləşdirilməsi, bu sahədə dövlət vergisinin yığlması prosesinin asanlaşdırılması, habelə sui-istifadə hallarına yol verilməməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən bir sıra tədbirlər görülüb. 

Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan
CƏMİYYƏT
İctimai nəqliyyatın necə işləyəcəyinə aydınlıq gətirildi
Bu barədə Sputnik Azərbaycan-a DANX-dan məlumat verilib.

Belə ki, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyətinə buraxılış, həmçinin bu sahədə verginin ödənilməsini təsdiq edən "Fərqlənmə nişanı" sənədinin "Azərpoçt" MMC-nin rayon və şəhər şöbələrində verilməsi prosesi təşkil olunub. Eyni zamanda, xüsusi karantin rejimində taksi xidmətləri üzrə 6 min 224 və ölkədaxili yük daşımaları üzrə 6 min 332 nəqliyyat vasitəsi haqqında məlumatlar operativ qaydada tərəfimizdən "icazə.e-gov.az" portalına daxil edilib. Mart ayının 4-dən başlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (012) 566-52-58 qaynar xətti 7/24 rejimində fəaliyyət göstərir. Eyni zamanda, zəruri materialların operativ qaydada təqdim edilməsi məqsədilə WhatsApp xətti istifadəyə verilib. Mart ayının 4-dən bu günə qədər qaynar xətt vasitəsilə ümumilikdə 4 min 168 müraciət daxil olub. Müraciətlərin ən çox daxil olduğu vaxt Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərarların qəbul edildiyi tarixə təsadüf edir. Hazırda qaynar xətt vasitəsilə gün ərzində orta hesabla 25-30 müraciət daxil olur. Bununla yanaşı, qeyd etmək istərdik ki, pandemiya dövründə qadağan edilmiş sərnişin daşımalarının və fəaliyyətinə məhdudiyyət tətbiq olunmuş avtovağzalların və avtostansiyaların işinin bərpası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul ediləcək qərarlara müvafiq olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən mərhələli şəkildə təmin ediləcəkdir.

Xəbər lenti
0