Boş sinif

Bakıda 17 məktəb direktorsuz qalıb

260
(Yenilənib 21:18 30.07.2020)
Bunlar 19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblərdir

BAKI, 30 iyul — Sputnik. Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin direktorlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar işdən çıxarılıb.

Bunlar 19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblərdir. İdarədən bu da qeyd edilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyə Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə əsasən, yeni direktor təyinatı həyata keçirilib̧. Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

260
Qadın yatır, arxiv şəkli

Yatmaq üçün necə yataq seçmək lazımdır?

4
(Yenilənib 20:13 26.09.2020)
Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

BAKI, 26 sentyabr — Sputnik. Bəziləri sərt yerdə yatmağın faydalı olduğunu hesab edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sərt yerlərdə yalnız ciddi onurğa xəsarətlərindən sonra və həkimin tövsiyəsi ilə yatmaq məsləhət görülür.

Bu barədə danışan həkim Stanislav Unmut bildirib ki, sərt yataq osteoxondroz və spondiloz xəstələri üçün təhlükəlidir.

Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

Mütəxəssisin fikrincə, onurğa xəstəlikləri olan insanlar və bu cür xəstəliklərdən əziyyət çəkməyənlər üçün ən yaxşı seçim yarı sərt ortopedik döşəkdir: "Almazdan əvvəl bir neçə dəqiqə üstündə uzanın. Hər zaman müstəqil yayları olan döşək seçin. Bu, döşəyin bədənin hər hərəkətinə uyğunlaşmasına kömək edəcək".

4
Koronavirusa qarşı  peyvənd, arxiv şəkli

COVID-19 peyvəndi yaşlı nəsil üçün bir o qədər faydalı olmayacaq

8
(Yenilənib 23:05 26.09.2020)
''Ad26.COV2.S'' adı verilən peyvəndin tək dozasının iki dozaya bərabər təsirə malik olduğu bildirilib.

BAKI, 26 sentyabr — Sputnik. Bütün dünyanı təsir altına alan koronavirus pandemiyasına qarşı peyvəndin sınaqlarını həyata keçirən ABŞ-ın dərman firması xoş xəbər açıqlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, firma, yayımladığı məlumatda qeyd edib ki, koronavirus peyvəndi kliniki sınaqlarda güclü immunitet yaradıb.

''Ad26.COV2.S'' adı verilən peyvəndin tək dozasının iki dozaya bərabər təsirə malik olduğu bildirilib. Artıq 1000 nəfərdən çox şəxs üzərində bu peyvəndin sınağı aparılıb. Lakin poeyvəndin hələlik ki, yaşlı nəsil üzərində təsirinin bəlli olmadığı da bildirilib. Yəni, kliniki sınaqlar zamanı gənc və orta yaşlılarda immun sisteminin virusa qarşı 64 faiz həddində olduğu deyilsə də, 65 yaşdan yuxarı şəxslərdə bu rəqəmin 36 faiz civarında olduğu bildirilib. Peyvəndin ümumi olaraq peyvəndin 60 mindən artıq şəxs üzərində sınağı aparılacaq.

Bir neçə mərhələdən uğurla keçdikdən sonra bu peyvənd 2021-ci ilin əvvəlinə qədər təqdim olunacaq.

8