Pandemiya zamanı imtahan, arxiv şəkli

Növbəti buraxılış imtahanları keçirilib Buraxılmayan qovulanlar var

10
(Yenilənib 17:24 30.07.2020)
Bir nəfərin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

BAKI, 30 iyul — Sputnik. Bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar 10 şəhər və rayonda təşkil olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 64 imtahan binası, 1107 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 64 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1443 nəzarətçi–müəllim, 128 buraxılışı təşkil edən əməkdaş, 71 bina nümayəndəsi ayrılıb.

30 iyulda keçirilən imtahanlarda 14255 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulurdu.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olunacaq.

10
Bakı Metropoliteni, arxiv şəkli

"Bakı Metropoliteni"ni öz fəaliyyət qrafikini açıqladı

22
(Yenilənib 17:10 28.09.2020)
Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib.

Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb.

Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

22
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda cəmi 38 yeni yoluxma qeydə alınıb

18
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2382, bu günə qədər isə ümumilikdə 1104783 test icra olunub.

18
Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan

Dağlıq Qarabağda yaşayan ermənilərin təxliyəsi planı üzərində gedir - Səfir Toqanyan

0
(Yenilənib 17:09 28.09.2020)
Toqanyan: "Ermənistan bölgədə vəziyyətin gərginləşməyə davam etməsi halında, Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir".

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın əks-hücum həmlələri Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi təlaşa səbəb olub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan "Qovorit Moskva" radiosuna müsahibəsində bunu təsdiqləyən fikirlər səsləndirib.

Erməni səfir bildirib ki, İrəvanda Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş gedir.

"Ermənistan bölgədə vəziyyətin gərginləşməyə davam etməsi halında, Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir. Bu cür məsələlər nəzərdən keçirilir. Lakin ümid edirik ki, iş bu yerə gəlib çatmayacaq", - deyə erməni diplomat vurğulayıb.

0