CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" problemləri bayram günlərində də həll edəcək

© © Sputnik / Elvin AhmadTəbii qaz
Təbii qaz - Sputnik Azərbaycan
Abunə olmaq
Əsasən itirilmiş və ya zədələnmiş kartların əvəzlənməsi, koda düşmüş əməliyyatların bərpası və digər ən zəruri xidmətlər göstəriləcək ki, abonentlərin qaz təchizatında hər hansı problem yaşanmasın

BAKI, 30 iyul — Sputnik. “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı ilə əlaqədar qarşıdakı 4 qeyri-iş günündə gücləndirilmiş rejimdə çalışacaq.

Qurumdan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, bununla bağlı olaraq Birliyin məsul şəxslərindən ibarət növbəlilik sistemi yaradılıb. Müştəri xidmətləri üzrə müraciətlər Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində qəbul olunacaq. Hər 3 xidmət sahəsində 31 iyul, 1 və 3 avqust tarixlərində səhər saat 10:00-dan 16:00-dək, yalnız 2 avqust tarixində səhər saat 10:00-dan saat 14:00-dək xidmətlər təqdim olunacaq. Əsasən itirilmiş və ya zədələnmiş kartların əvəzlənməsi, koda düşmüş əməliyyatların bərpası və digər ən zəruri xidmətlər göstəriləcək ki, abonentlərin qaz təchizatında hər hansı problem yaşanmasın.

Bundan başqa, “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət”i də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. 104/185 saylı Çağrı mərkəzinin əməkdaşları çalışacaqlar ki, daxil olan müraciətlər operativ şəkildə müvafiq istiqamətlərdə icraya yönəldilsin. Eyni zamanda (+994 77) 3 104 104 saylı daim aktiv olan "Whatsapp" nömrəsinə də yazılı, görüntülü, səsli mesajlarınızı göndərə bilərsiniz.

Xəbər lenti
0