Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi

İsti havalarda taxılacaq maska - Yerli istehsalda hər şey fərqlidir - REPORTAJ

977
(Yenilənib 23:42 30.07.2020)
"Bizim maskaların əsas fərqi, özəlliyi ondan ibarətdir ki, hava keçirsə də, su keçirmir" - Bəhruz İsmayılzadə.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Bu gün Sumqayıtla yanaşı, Qobuda da Azərbaycanın yerli maska və tibbi geyimlər, baxillər, pandemiya dövründə xüsusi tələbatın yarandığı qapalı geyimlər, həkim geyim dəstlərinin istehsal olunduğu müəssisə fəaliyyət göstərir.

Sputnik Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Qobu Yaşayış Massivi 3"-də yenicə fəaliyyətə başlayan "Gill Med" istehsal müəssisəsində olaraq mövcud vəziyyəti izləyib.

© Sputnik / Nigar Iskanderova
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi

Mayın 28-də Prezident İlham Əliyevin açılışını etdiyi müəssisədə gün ərzində cərrahi önlüklər, ümumi cərrahi dəstlər, sterilizasiya olunmuş baxillər, maskalar, kolonoskopi şortiklər, baş üçün qalpaqlar, üzlüklər - bir sözlə, tibbə aid bütün tekstil məhsulları istehsal olunur. Müəssisənin fəaliyyəti haqda bizi satış üzrə təmsilçi Bəhruz İsmayılzadə məlumatlandırır: "Bizim fəaliyyətimizdə göstərilən dəstəyə görə KOBİA-nın rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun dəstəyi ilə biz bu gün icarə haqqından azadıq".

© Sputnik / Nigar Iskanderova
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsinin satış üzrə təmsilçi Bəhruz İsmayılzadə

Burada istehsal olunan maskalar isə həqiqətən fərqlidir. "Mövcud şərait və isti havada maska taxmaq çətindir" deyənlər çoxdur. Lakin bu maskanı taxdıqda hava çatışmazlığı olmur. Necəsini isə daha ətraflı həmsöhbətimiz izah edir:  "Bizim maskaların əsas fərqi, özəlliyi ondan ibarətdir ki, hava keçirsə də, su keçirmir. Yəni hava-damcı infeksiyası bu maska vasitəsilə keçirilmir. Əslində, bizim formalarımız da eyni materialdan hazırlanıb. Pandemiyanın artıq yaya qədər uzanması bu cür geyimlərə tələbatı artırıb. Çünki həkimlər üçün yayda hava keçirməyən geyimlər geymək çox çətindir. Bizdə istehsal olunan bu geyimlər parçadan hazırlandığından tibbi heyətə iş başında özünü daha rahat hiss etməyə imkan verir".

COVID-19 ilə mübarizə aparan tibb işçiləri üçün əsas geyimlər məhz bu parçadan hazırlanır. Parçaların böyük əksəriyyəti isə Türkiyədən gətirilir.

  • Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi
    © Sputnik / Nigar Iskanderova
  • Baxil istehsalı prosesi
    © Sputnik / Nigar Iskanderova
  • Sterializasiya otağı
    © Sputnik / Nigar Iskanderova
  • Tibbi maskaların istehsalı
    Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi
    © Sputnik / Nigar Iskanderova
  • Tibbi geyim və ləvazimatların istehsalında istifadə olunan parça
    © Sputnik / Nigar Iskanderova
  • Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi
    © Sputnik / Nigar Iskanderova
1 / 6
© Sputnik / Nigar Iskanderova
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi

COVID-19-la mübarizədə əsas tələbatın olduğu məhsulların istehsalına gəlincə isə B.İsmayılzadə deyir ki, burada gündəlik olaraq 500-1000 arası komuflyaj geyim istehsal olunur: "Gün ərzində təxminən 200-3500 ədəd də maska istehsal olunur. Müştərilərin tələbatını təmin edə, gündəlik sifarişləri tamamlaya bilirik. Olur ki, bəzən daha çox, bəzən də daha az satırıq. Formalar bazarda 18-25 manatdırsa, biz onları 11-13 manata veririk. Çünki bizə də tapşırılıb ki, bazarı elə təmin edin ki, qiymətlər bazar payından aşağı olsun. Ümumi cərrahiyyə setinə iki mavi forma, xəstə üçün açılan önlük, həkim salfetkası, ikili və dördlü xalat daxildir ki, onlaırn da qiyməti fərqli olur. Bu setlərin qiyməti 20-25 manat arasında dəyişilir. Gündəlik həkimlərin geydiyi uniformalar standart olaraq 15 manatdır ki, bu da bazarla müqayisədə kifayət qədər aşağıdır. Bazarda isə bu geyimlərin qiyməti 25-30 manat arasında dəyişilir. Baxillərin bir kilosu 6.80-7 manatdırsa, bazarda bu qiyməti daha yüksək görə bilərik. Baş üçün olan qalpaqların qiyməti də 4-5 manat arasında dəyişilir. N95 stilində tikilən, su keçirtməyən bu maskaların tək qatlısı 20, iki qatlısı isə 50 qəpikdir".

© Sputnik / Nigar Iskanderova
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi

B.İsmayılzadənin sözlərinə görə, hazırda istehsal etdikləri məhsullar arasında maska, komuflyaj geyim və önlüklər daha çox alınır.

Müəssisədə çalışan işçilərin sayı 15-dir, yaxın gələcəkdə isə daha 10 işçinin də götürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda ərazisində olduğumuz müəssisədə çalışanlar da "Qobu Yaşayış Massivi 3"-ün sakinləridir. Onlar arasında təcrübəsiz olub, işi burada öyrənənlər də var.

977
Əlaqədar
Yenidən bəlaya düşməyək: Sərtdən sonra yumşalma necə nəticə verəcək?
Tramp əsəbiləşdi: "Hamı maska taxsa da, virus yox olmayacaq"
Azərbaycan COVİD-19 infeksiyasının payız sıçrayışına hazır olmalıdır - rusiyalı həkim
Pandemiyadan belə qazanmaq olar: brilyantlarla bəzədilmiş qoruyucu maskalar satılır
Saqqalın yoxdursa, demək sözünlə bərabər virus da keçməyə bilər
 Distant təhsil, arxiv şəkli

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

0
(Yenilənib 13:05 23.01.2021)
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

0
Facebook, Instagram və WhatsApp tətbiqlərinin loqoları, arxiv şəkli

Nazirlikdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

0
(Yenilənib 13:00 23.01.2021)
"İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur.

BAKI, 23 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur:

"Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər "xidmət" göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu "xidmət"lərindən çox təssüf ki, istifadə edənlər də var.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu "polisazerbaycan" adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər" - məlumatda qeyd edilir.

0