Bakı şəhəri

ETSN: Bakı Abşeronda tozun miqdarı normadan artıqdır

29
Əliyevin sözlərinə görə meteoroloji şəraitlə əlaqədar yaxın iki gün ərzində havada tozun miqdarının normadan artıq olacağı proqnozlaşdırılır.

 

BAKI, 29 iyul — Sputnik. Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır. Sputnik Azərbaycan Ekologiya Və təbii Sərvətlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən bu gün günorta saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

"Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 23-25 m/s-dək güclənməsi və nəticədə istehsalat ərazilərində formalaşan tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır".

V.Əliyevin sözlərinə görə meteoroloji şəraitlə əlaqədar yaxın iki gün ərzində havada tozun miqdarının normadan artıq olacağı proqnozlaşdırılır.

29
Aeroflot şirkətinin təyyarələri, arxiv şəkli

Moskva-Bakı reyslərində onlayn növbə sistemi tətbiq edilir

0
(Yenilənib 19:22 23.09.2020)
Moskvaya reyslərin həyata keçirilməsi cədvəli hazırda Rusiya Federasiyasının ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah tərəfindən müəyyən edilir.

BAKI, 23 sentyabr — Sputnik. Bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) həmvətənlərimizin ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır. Bu barədə AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olmasını və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcək.

Sərnişinlər müraciət etdikləri zaman xarici pasportlarının skan edilmiş surətlərini və əlaqə nömrələrini göndərməlidirlər. Aviaşirkət onlayn forma və "WhatsApp" vasitəsilə eyni vaxtda müraciət etməməyii xahiş edir: "Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzinin əməkdaşları tərəfindən müraciətlərin gec cavablandırılmasına səbəb olacaq. Sərnişinlərin diqqətinə çatdırırıq ki, qeyd olunan istiqamət üzrə aviabiletlərlə bağlı aviaşirkətin çağrı mərkəzinə zənglər vasitəsilə edilən müraciətlər qəbul olunmur".

Qeyd edək ki, Moskva-Bakı reysinə növbəyə yazılmaq üçün "WhatsApp" mesenceri vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə müraciət edilməlidir:

• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120

• WhatsApp: +7 916 901 23 80

  Qeyd edək ki, Moskvaya reyslərin həyata keçirilməsi cədvəli hazırda Rusiya Federasiyasının ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah tərəfindən müəyyən edilir. Aviaşirkətin çağrı mərkəzinə müraciət edən sərnişinlərə aviabilet dəyərinin ödənilməsi üçün müvafiq keçidlər və reys haqqında daha ətraflı məlumat növbəlik qaydasında göndəriləcək.

Rusiyada koronavirus testindən keçmək üçün şəxslər ölkənin Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan aşağıdakı tibb müəssisələrinə müraciət edə bilərlər:

- Səhiyyə Nazirliyinin "Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi" FDBİ;

- Səhiyyə Nazirliyinin "Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi" FDBİ;

- "İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ" FBEİ;

- Rusiya Elmlər Akademiyasının "İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ" FDBEİ;

- Rusiya Elmlər Akademiyasının "Mərkəzi vərəm elmi-tədqiqat institutu" FDBEİ;

- "Təbabət" ("Medisina") SC;

- "İNVİTRO müstəqil laboratoriyası" MMC;

- Kliniki farmakologiya və farmasiya milli agentliyi" MMC;

- "Laborator-diaqnostika mərkəzi" MMC;

- "Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi" MMC.

Testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Uçuş zamanı pandemiya dövründə xüsusi daşıma qaydaları tətbiq ediləcək. Həmin qaydalarla bağlı video ilə burada tanış ola bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

0
Teqlər:
Operativ Qərargah, Nazirlər Kabineti yanında Operativ Qərargah, AZAL, WhatsApp, Bakı-Moskva-Bakı
Öskürək, xəstə uşaq

Xəstə uşaqları övladlığa götürənlərə ciddi məbləğdə müavinət veriləcək

0
(Yenilənib 19:02 23.09.2020)
On səkkiz yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib.

 

BAKI, 23 sentyabr — Sputnik. 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. O deyib ki, sağlamlıq imkanları məhdud uşaqların indiyədək övladlığa götürülməsi praktikası olmayıb: "Buna görə də belə uşaqları övladlığa götürən şəxslərə müavinətin ödənilməsi təklif edilib. Amma bu, hələ layihədir. Bunun üçün "Sosial müavinətlər haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunub".

C.Şahmalıyev onu da bildirib ki, çox zaman 3 yaşdan yuxarı uşaqlar övladlığa götürülmür: "Buna görə də 3 yaşdan yuxarı uşaqların bir qismi müəssisələrdə qalır. Ona görə də belə uşaqları övladlığa götürən şəxslərə 160 manat aylıq müavinətin ödənilməsi təklif edilib".

Onun sözlərinə görə, bu uşaqların təhsil, səhiyyə xərclərinin dövlət tərəfindən qarşılanması da təklif edilir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək və geriyə şamil olunmayacaq.

0