Pandemiya zamanı imtahan

İmtahana gələn abituriyentdə mobil telefon aşkarlanıb

12
9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olanacaq.

BAKI, 29 iyul — Sputnik. Bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirilib. Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar 14 şəhər və rayonda təşkil olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 71 imtahan binası, 1051 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 71 ümumi imtahan rəhbəri, 186 imtahan rəhbəri, 1445 nəzarətçi–müəllim, 142 buraxılışı təşkil edən əməkdaş, 71 bina nümayəndəsi ayrılıb.

29 iyulda keçirilən imtahanlarda 14 minə yaxın şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulurdu.

Bu gün müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçirilib. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 120-yə yaxın şagird iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olanacaq.

12
Çəkiliş, arxiv şəkli

Türkiyədə canlı yayımda qalmaqal: Evli qadından biabırçı etiraf

9
(Yenilənib 15:12 26.09.2020)
Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə uşağının qonşusundan olduğunu bilən qadın sevincini gizlətməyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Esra Erolun proqramına qatılan Frat Karakuş yoxa çıxan qızı və həyat yoldaşıı axtardığını deyib. Fırat həyat yoldaşının qonşusu ondan 28 yaş böyük olan Çingizlə qaçdığını düşünürdü. Esra Erol Esra Karakuşu tapıb, canlı yayında hər şeyi etiraf etdirmişdi.

Ötən gün isə özündən 28 yaş böyük qonşu ilə sevgi yaşayan qadın canlı yayında DNK testinin nəticəsini öyrənən zaman sevincini gizlətməyib.

Uşağın ondan olmadığını öyrənən Fırat Karakuş həyatının şokunu yaşadığı zaman gənc qadın sevincindən Allaha dua edib.

Esra Karakuş qonşusu ilə iki il gizli sevgi macərası yaşayıb. Daha sonra qadın bir qız uşağı dünyaya gətirib. Həyat yoldaşı Fırat Karakuşa da uşağın ondan olmadığını deyib. F. Karakuş isə əmin olmaq üçün DNK analizi tələb edib.

Qonşuya gəldikdə isə, onun bir neçə qadınla münasibəti olsa da, heç bir zaman övladı olmayıb.

Qeyd edək ki, qadın 15 gün əvvəl 6 yaşlı oğlunu qonşuya tapşırıb, həkimə getdiyini dedikdən sonra itmişdi.

Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

9
Ankarada  epdimioloji vəziyyət

Maska taxmayan "koronavirus xəstəsi" az qala döyüləcəkdi

9
(Yenilənib 15:06 26.09.2020)
Döyülməkdən canını qurtara bilən aktyor bunun bir sosial sınaq olduğunu deyərək, maskasız satıcılara maska paylayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə Nevşehir bələdiyyəsi maska taxmağa diqqəti çəkmək üçün maraqlı sosial eksperiment keçirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, eksperiment az qala faciə ilə nəticələnəcəkmiş. Belə ki, korona olduğunu deyərək, satıcılardan aptek ünvanı soruşan maskasız kişi az az qala satıcılar tərəfindən döyüləcəkmiş.

Bələdiyyənin maska taxmağın təbliğ edilməsinə istiqamətlənmiş sosial sınağında Ridvan Göğüs adlı aktyor maska taxmadan satıcılara yaxınlaşır, onlara virusa yolxuduğunu və aptek axtardğını bildirir.

Şəxsə satıcılar müxtəlif reaksiya göstərir. Bir nəfər isə əlinə dəyənək alaraq onu döyməyə cəhd edir.

Döyülməkdən canını qurtara bilən aktyor bunun bir sosial eksperiment olduğunu deyərək, maskasız satıcılara maska paylayıb.

9
SpaceX şirkətinin  Falcon 9 raketinin buraxılışı, arxiv şəkli

Dünya buna görə ABŞ-a paxıllıq edir

0
(Yenilənib 15:09 26.09.2020)
Tompsonun sözlərinə görə, kosmik buraxılış bazarında ABŞ-ın müvəffəqiyyəti "SpaceX" şirkətinin yenilikləri ilə bağlıdır.

BAKI, 26 sentyabr — Sputnik. ABŞ-ın Hərbi Hava Qüvvələrinin (HHQ) Kosmik və Raket Sistemləri Mərkəzinin komandanı general-leytenant Con Tompson bütün dünyanın ABŞ-a nəyə görə paxıllıq etdiyini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, hərbçinin bəyanatını "C4ISRNET" nəşri yayıb.

"Birləşmiş Ştatların kosmik buraxılış sənayesi bütün dünyanın paxıllıq mənbəyidir", - Tompson bildirib.

Onun sözlərinə görə, kosmik buraxılış bazarında ABŞ-ın müvəffəqiyyəti "SpaceX" şirkətinin yenilikləri ilə bağlıdır.

Nəşrin yazdığına görə, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri "Global Positioning System" (GPS) qlobal naviqasiya sisteminin beşinci və altıncı peyklərinin buraxılması üçün məhz bu şirkəti seçib.

Sentyabrda ABŞ HHQ-nın satınalmalar üzrə direktoru Uill Roper bildirib ki, "Advanced Battle Management System" (ABMS) sisteminin hərbi təlimlərdə sınaqdan keçirilməsi zamanı "SpaceX" şirkətinin "Starlink" peyklərinin işi hərbçilərin xoşuna gəlib.

0