Allahşükür Paşazadə

Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirildi

18
(Yenilənib 15:00 29.07.2020)
Şeyxülislam Allahşükür Paşazadə pandemiya ilə əlaqəli insan həyatının qorunması məqsədi ilə ibadət məkanlarının müvəqqəti bağlı olmasını və məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığını deyib.

BAKI, 29 iyul — Sputnik. “Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu il Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, pandemiya ilə əlaqəli insan həyatının qorunması məqsədi ilə ibadət məkanlarının müvəqqəti bağlı olmasını və məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə, təxirə salındığını deyib.

QMİ sədri qeyd edib ki, bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır.

O, din xadimlərinə bildirib ki, bu özəllikləri yerlərdə insanlara çatdırmalı və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilməlidir.

18
Tələbə

Ali məktəblərə qəbulun nəticələri açıqlandı

140
(Yenilənib 00:33 24.09.2020)
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilir.

BAKI, 23 sentyabr - Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Sputnik Azərbaycan  DİM-ə istinadla xəbər verir ki, artıq abituriyentlərə ali məktəblərə qəbul olub-olmadıqları barədə sms göndərilir.

Qeyd edək ki, artıq sosial şəbəkələrdə övladları və özləri ali məktəblərə daxil olan şəxslər bu barədə paylaşımlar edirlər. 

140
Mina Hüseyn

Şortikin əleyhinə daha bir sərt tənqid səsləndi

42
(Yenilənib 23:29 23.09.2020)
Müğənni Mina Hüseynin ARB kanalında yayımlanan "Xəbər ətər" verilişinə geyindiyi şort tənqid edilib.

BAKI, 23 sentyabr — Sputnik. Müğənni Mina Hüseynin Arb kanalında yayımlanan "Xəbər ətər" verilişinə geyindiyi şort tənqid edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, verilişə telefon zəngi ilə qoşulan Əməkdar artist Zöhrə Abdullayeva gənc ifaçını geyiminə görə qınayıb:

"Mina gözəl qızdır. Amma sənə ağbirçək məsləhətim var. Mən də sən yaşda olmuşam, amma belə geyinməmişəm. İstəmirəm qəlbinə toxunum. O nə oturuşdur? Efirdə niyə elə oturmusan? Onsuz da əynində heç nə yoxdur. Müğənni şort geyinməz. Müğənni pünhan qalmalıdır. O niyə elə geyimdə ora çıxıb? Alt paltarında efirə çıxıb. Bu "saruçqa" geyinib, amma aşağı hissədən heç nə geyinməyib. Oxumağı pis deyil, amma geyimi pisdir. Biz elə geyinsəydik, bizi alan olmazdı".

Z.Abdullayevanın fikirlərinə Mina bu cür cavab verib:

"Məndən böyükdür, fikirlərinə hörmətlə yanaşıram. Amma bu mənim tərzimdir. Dünya ulduzlarına baxıb, bu tərzi seçmişəm. Nə üçün dediyinizi başa düşürəm. Bu mənim tərzimdir, gələcəkdə düzəldərəm. Amma mən sənətə ərə getmək üçün gəlməmişəm".

42