Kommunal xidmətlərə görə çeklər, arxiv şəkli

Nazirlikdə müzakirə: Kommunal xidmətlər ilə bağlı yeni qanun gəlir

25
(Yenilənib 13:39 29.07.2020)
Bu qanun layihəsi ilk dəfə olaraq ölkədə energetika və kommunal xidmətlər sahələrində tənzimləmə prosesinin və tənzimləyicinin fəaliyyətinin hüquqi çərçivəsini müəyyən edir.

BAKI, 29 iyul — Sputnik. Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə "Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında" qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb. Bu barədə Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov qanun layihəsinin hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib, dövlət qurumlarından daxil olmuş rəy və təklifləri diqqətə çatdırıb. Bildirilib ki, bu qanun layihəsi ilk dəfə olaraq ölkədə energetika və kommunal xidmətlər sahələrində tənzimləmə prosesinin və tənzimləyicinin fəaliyyətinin hüquqi çərçivəsini müəyyən edir. Bu qanunvericilik aktının hazırlanması zamanı tənzimləyici ilə bağlı dünyadakı müxtəlif təcrübələr öyrənilib.

Sonra nazirlik və agentliyin mütəxəsislərinin qanun layihəsinin hazırkı variantına dair fikirləri dinlənilib. Qanun layihəsinin maddələrinə əlavə və dəyişiklərlə bağlı irəli sürülmüş təkliflər nəzərdən keçirilib. Layihənin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib və bu istiqamətində müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, "Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında" qanun layihəsinin Energetika Nazirliyinin təklifləri əsasında hazırlanması "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli sərəncamında öz əksini tapıb.

25
Azərbaycanın Əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan

Elza Seyidcahan "Taclı eybəcər"lə gündəmi alt-üst etdi

2
(Yenilənib 19:37 23.09.2020)
Ekstravaqant geyimləri və şeirləri ilə məşhur olan Əməkdar artist Elza Seyidcahan bu dəfə də gündəmi alt-üst edib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Ekstravaqant geyimləri və zaman-zaman geniş müzakirələrə səbəb olan şeirləri ilə məşhur olan Əməkdar artist Elza Seyidcahan bu dəfə də gündəmi alt-üst edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bəstəkar-müğənni bu dəfə dünyanı cənginə alan koronavirusa şeir yazıb. Müğənni şeiri ATV kanalında yayımlanan "Bağ mövsümü" verilişində səsləndirib.

Müğənni bildirib ki, sözügedən şeiri sərt karantin rejiminin tətbiq olunduğu vaxtlarda yazıb. Barəsində danışılan şeir "Taclı eybəcər" adlanır. Şeir sosial şəbəkə izləyiciləri tərəfindən sərt qarşılanıb. Onlar Əməkdar artisti buna görə qınayıblar.

https://www.youtube.com/watch?time_continue=43&v=LsPXCk7v3JY&feature=emb_logo

2
Əlaqədar
Seyidcahanın anası dələduzun hədəfinə tuş gəlib
Laboratoriya işçisi, arxiv şəkli

Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər

0
(Yenilənib 19:10 23.09.2020)
Denge qızdırmasından sağalmış insanlarda COVID-19 xəstəliyinə qarşı immunitet yarana bilər - Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun şöbə müdiri Aleksandr Butenko.

BAKI, 23 sentyabr — Sputnik. Denge qızdırmasından sağalmış insanlarda COVID-19 xəstəliyinə qarşı müəyyən immunitet yaranır. Bir qədər əvvəl Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verib ki, bu barədə ABŞ-ın Dyuk Universitetinin professoru Migel Nikolelisin hələ dərc edilməmiş araşdırmasında deyilir. 

Amerikalı alim aşkar edib ki, son illərdə denge qızdırmasının baş verdiyi bölgələrdə koronavirus daha aşağı sürətlə yayılır.

"Bu təəccüblü kəşf denge flavivirusu və SARS-CoV-2 serotipləri arasında qarşılıqlı immunoloji reaktivliyin olması imkanını artırır", – o qeyd edib.

Nikolelisin sözlərinə görə, onun fərziyyəsi təsdiqlənərsə, insanlar denge peyvəndi sayəsində COVID-19 xəstəliyinə qarşı müəyyən bir immunitet səviyyəsi əldə edə biləcəklər.

Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun şöbə müdiri, Professor Aleksandr Butenko bu fikirlə razı deyil. Radio Sputnik-in efirində o, öz arqumentlərini irəli sürüb.

"Koronaviruslar qrupu çox böyükdür, onların hamısı "Coronaviridae" taksonomik ailəsinə daxildir. İndiki pandemiyaya səbəb olmuş virus Beta-koronavirus cinsinə aiddir. Denge virusu isə "Flaviviridae" ailəsinə daxildir – bura həmçinin sarı qızdırma, gənə ensefaliti, yapon ensefaliti və bir çox başqa viruslar aiddir.  Yəni bu ailələrin virusları arasında elə bir antigen qohumluq yoxdur ki, infeksiyalar arasında qarşılıqlı immunitetə təsir edən amil kimi xidmət etsin. Qohumluq tamamilə yoxdur, buna görə də belə bir imkan istisna olunur", – Butenko bildirib.

Bundan başqa, o qeyd edib ki, denge qızdırmasının yayıldığı ölkələrdə koronavirus infeksiyasına yoluxma ilə bağlı statistika amerikalı alimin versiyasını təsdiq etmir.

"Koronavirusa yoluxmanın yüksək olduğu əsas ocaqları götürün – məsələn, Braziliya və daha bir neçə Cənubi Amerika ölkəsi. Braziliya denge qızdırması üzrə hiperendemik ölkədir, yəni xəstəlik orada çox aktiv şəkildə tüğyan edir – ölkədə bu virusun dörd növü və virusa qarşı çox əhəmiyyətli dərəcədə immun təbəqəsi var. Eyni sözləri Hindistan, tropik ölkələr haqqında da söyləmək olar. Orada koronavirusa yoluxma da yüksəkdir. Hər yerdə insanlar xəstələnir, baxmayaraq ki, denge virusuna qarşı əhəmiyyətli immun təbəqəsi var – istər Braziliyada, istər Kubada, istərsə də Latın Amerikasının digər ölkələrində bu, geniş yayılmış tipik infeksiyadır. Buna görə də denge qızdırması heç bir dərəcədə məhdudlaşdırıcı bir amil deyil. Denge virusuna qarşı immunitetin yaranmasının koronavirus infeksiyasına qarşı qoruyucu təsirə malik ola biləcəyini düşünmək üçün heç bir səbəb yoxdur", – Butenko bildirib.

0