Elektriklər işıq dirəyində, arxiv şəkli

Şahmat üsulu aydınlıq: küləklə yağış az idi, kəsəyən öz "töhfəsini" verdi

4076
(Yenilənib 21:56 28.07.2020)
Fasiləsiz yağış və güclü küləklərlə müşayiət olunan 2020-nin yay fəsli bərdəlilərə heç düşərli olmadı. Bərdə Elektrik Şəbəkəsinin də yay rejiminə keçməsi sakinlərin dərdinin üstünə dərd gətirib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Son günlər Bərdə rayonunda əhalinin enerji təminatında fasilələr müşahidə olunur. İşıqlar tez-tez kəsilir. Sputnik Azərbaycan bildirir ki, Bərdə şəhər Natəvan küçəsinin sakinləri isə işıqların verilməsində rastlaşdıqları problemlə bağlı deyiblər ki, onların məhəllələrində qəribə üsul tətbiq olunub: evin birində işıq yandığı halda digərində yoxdur.

Məhəllə sakini Şamil Abdullayev hərbçi olduğu üçün bu qaydanı şahmat üsulu adlandırıb. "Mən bu üsulu başa düşə bilmirəm. Evin birində işıq olduğu halda, digərində yoxdur. Orduda olarkən artilleriya atışında, yaxud da ərazi minalanarkən şahmat üsulundan istifadə olunurdu. Bərdə Elektrik Şəbəkəsinin bizim məhəlləyə verdiyi işığı da buna bənzətmək olar. Soyuduculardakı ərzaq məhsulları xarab olmasın deyə qonşuya aparırıq. Qonşunun da işığı keçəndə bizim soyuducuya gətirir,” - deyən Şamil Abdullayev əlavə olaraq onu da qeyd edib ki, işıqların gücü normaya uyğun deyil. Avadanlıqları işlətmək üçün əlavə gücləndiricilərdən istifadə etməli olurlar.

Ş.Abdullayev verilən enerjinin məişət avadanlıqlarını işlətməyə gücü çatmadığını bildirib. Bu səbəbdən də onun soyuducu və sərinkeşi yanaraq yararsız hala düşüb.

“Hər gün işığı 4-5 dəfə 8-10 dəqiqəlik söndürürlər. Hansı səbəbdən belə edirlər, bunu bilən yoxdur. Enerjinin açılıb-bağlanması nəticəsində məişət avadanlıqları, soyuducu, kondisionerlər çox vaxt sıradan çıxır”, - deyə Natəvan küçəsinin digər sakini Nəsib Möhsümov vurğulayıb.

Nəsib Möhsümov onu da əlavə edib ki, onlar smart kartla vaxtında ödənişlərini edirlər. Əvvəllər işıq pullarının yığılmasında ləngimələr olsa da, indi belə hal yoxdur. Belə olan halda isə hər kəsin keyfiyyətli məhsul və xidmət almaq haqqı var.

Onu da qeyd edək ki, işıqların fasilələrlə ötürülməsi rayonun hər yerində müşahidə olunub. Bərdə rayonunun Qaradəmirçi, Mustafaağalı, Şorəlli, Şirvanlı kəndlərində də gün ərzində elektrik enerjisinin kəsilməsi qeydə alınıb.

Bərdə Elektrik Şəbəkəsinin baş mühəndisi Sahib Abbasov bildirib ki, son günlər işıqların verilməsində yaranan fasilələr yağışların yağması, güclü küləklərin yaratdığı fəsadlardan irəli gəlib.

“Bərdə rayonunun Şorəlli kəndində enerjinin verilməsinə görə yaranmış fasilə nəticəsində birinci dəfə xətdə yaranmış çatın tapılmasında vaxt sərf etməli olduq. İkinci dəfə isə transformatorun içində siçovul öldüyünə görə xəttin açılmasına səbəb olmuşdu".

Baş mühəndis Natəvan küçəsindəki evlərin birində işığın olub, digərində olmamasını isə təkzib edib. Bildirib ki, qoruyucu atdığına görə qonşu evdə işıq yanmaya bilər. Elektrik enerjisinin yükünün aşağı olmasını isə Sahib Abbasov təsdiq edib. Bildirib ki, artıq yay rejiminə keçilib. Ancaq enerjiyə həddindən artıq tələbat yarandığına, kondisionerlərdən istifadə olunduğuna görə gərginlik aşağı düşür. Məsul şəxsin dediyinə görə, gərginliyi normadan artıq yüksəldəndə gecələr elektrik enerjisinin gücü artır. Nəticədə vətəndaşların avadanlıqları sıradan çıxır. Sahib Abbasov qeyd edib ki, bu amil nəzərə alındığına görə gərginlik gücünün artırılması mümkün deyil.

4076
Əlaqədar
Dərd-bəla nə birdir, nə də iki - Bölgə sakinləri indi də təbiətin oyununa düşüblər
"Azərişıq" ASC-dən bir neçə rayonun əhalisinə şad xəbər
Yeni tikililərin sakinlərini "Azərişıq" ilə kim üz-üzə qoyur?
Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir
Bakubus avtobusu, arxiv şəkli

Pik saatlarda paytaxta ehtiyat avtobuslar cəlb olunub

5
(Yenilənib 18:19 20.10.2020)
Axşam pik saatlarda sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərinə ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobuslar cəlb olunub.

BAKI, 20 oktyabr — Sputnik. Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar cəlb olunub. Bu barədə Sputnik Azərbaycan-a  Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib:

"Zərurət olduqca daşımalara əlavə avtobuslar cəlb olunacaq. Ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobus cəlb olunub. Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır.

Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik".

5
Cəbhəyanı bölgədə məktəb, arxiv şəkli

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

19
(Yenilənib 16:48 20.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

19
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
“Professor Gül” gəmi-bərəsi, arxiv şəkli

Bakı limanında gəmilər sevinc fiti verdilər

0
Bakı portundakı gəmilər Zəngilanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

BAKI, 20 oktyabr — Sputnik. Bakı portundakı gəmilər Zəngilan şəhəri və digər yaşayış məntəqələrimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

Bu barədə Sputnik Azərbaycan-a hadisənin şahidi olan sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilən növbəti yaşayış məntəqələrimizin adlarını açıqlayıb.

Belə ki, oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

0
Əlaqədar
İyirmi yeddi ildən sonra gələn azadlığın adı - Zəngilan
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Ali Baş Komandan: Zəngilan bizimdir!