Namaz, arxiv şəkli

Bayram namazını evinizdə qılın

47
(Yenilənib 16:56 28.07.2020)
Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək. Vətəndaşlara qurbanlıqları onlayn qaydada sifariş etməkləri də məsləhət görülür

BAKI, 28 iyul — Sputnik. Koronavirus pandemiyasına görə bu il Azərbaycanın məscidlərində Qurban bayramı namazı qılınmayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi bayram namazının evdə qılınmasını tövsiyə edib.

Eyni zamanda vətəndaşlara qurbanlıqları onlayn qaydada sifariş etməkləri məsləhət görülür. Xatırladaq ki, Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək.

47
(1:31 / 9.43Mb / просмотров видео: 5)

Möhkəm ol, Bərdə! Raket bombardmanından sonra şəhərdəki vəziyyət video

2
(Yenilənib 12:33 29.10.2020)
Ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalan Bərdə şəhərinin mərkəzi hissəsi mərmilərdən təmizlənib, atılan raketlərin qalıqları toplanıb. Şəhərdə baş verənləri videomuzdan izləyin.

Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri Bərdə şəhərinin əhalinin sıx məskunlaşdığı ərazisindəki mülki obyektlərə və infrastrukturlara raket zərbəsi endirib.

Bərdədə nə baş verir: Raket atəşinə məruz qalan yerdən kadrlar >>

Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket atması nəticəsində 21 mülki şəxs həlak olub, təxminən 70 nəfər yaralanıb, mülki infrastruktura və nəqliyyat sisteminə böyük ziyan dəyib. Ölən və yaralananların hamısı mülki şəxslərdir.

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndini intensiv artilleriya atəşinə tutması nəticəsində beş mülki şəxs həlak olub, 13 nəfər yaralanıb. Həlak olanların arasında yeddi yaşlı qız uşağı da var.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Bərdə Goranboy yenə atəş altında

13
(Yenilənib 12:38 29.10.2020)
Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır

BAKI, 29 oktyabr — Sputnik. Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Müdafiə Nazirliyi Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edildiyini açıqlayıb: "Qeyd olunur ki, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.

Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.

Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır.

Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək".

13
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan ordusu, atəş, dinc sakinlər, Bərdə, Goranboy
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub
Azərbaycan MN: Ermənistan buraxdığı səhvləri etiraf etmək məcburiyyətində qalıb
Ermənistanın Qarabağda zərərsizləşdirilən hərbçilərinin sayı 1100-ü keçdi
Rəqibimizin "taktikası": döyüş meydanında silah-sursatı, texnikanı atıb qaçdı - VİDEO
MN: Ermənistan ordusunun yüksək rütbəli zabitləri məhv edilib