100 manat, arxiv şəkli

Prezidentin aylıq təqaüdünü alan şəxslərin sayı açıqlandı

11
(Yenilənib 16:27 28.07.2020)
Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat (46,6 faiz) çox olmaqla 475 mln. manat vəsait ödənilib

 

BAKI, 28 iyul — Sputnik. Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 455,4 min nəfərə və ya əhalinin 4,7%-nə sosial müavinət ödənilib. Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Əmək və Əhalinin Sosial Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, hesabat dövründə Fond 287,5 min nəfəri (əhalinin 3%-ni) isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edib. Ümumilikdə birinci yarımildə 743 min nəfərə sosial müavinət və təqaüd ödənilib. Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat (46,6 faiz) çox olmaqla 475 mln. manat vəsait ödənilib.

11
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı daha bir psixoloji göstəricisini keçdi

1
(Yenilənib 13:58 22.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15971 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 290 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1463306-ya çatıb. Rusiyada pandemiya yayılandan 25242 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1107988-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Payızda yarpaq tökümü, arxiv şəkli

Sabaha hava proqnozu açıqlandı

1
(Yenilənib 13:55 22.10.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 22 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Oktyabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1