Yaşayış kompleksi, arxiv şəkli

Yeni binalardakı mənzillərə çıxarışlar verilir

13
(Yenilənib 23:13 27.07.2020)
İyulun 24-dən bərpa olunan sənəd qəbulu prosesi çərçivəsində artıq iki ünvanda ümumilikdə 68 mənzilin sənədlərinin qəbulu aparılıb.

BAKI, 28 iyul — Sputnik. Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərin elektron çıxarışla təmin olunması davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu iyulun 28-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında, iyul 30-da isə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 41,43 ünvanında keçiriləcək.

İyulun 24-dən bərpa olunan sənəd qəbulu prosesi çərçivəsində artıq iki ünvanda ümumilikdə 68 mənzilin sənədlərinin qəbulu aparılıb.

13
20 nömrəli məktəbdə tədris prosesi

İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ susur

0
(Yenilənib 19:47 24.09.2020)
"Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Yeni tədris ilində iş dəftərlərinin satışı ilə bağlı qəribə vəziyyət yaranıb. Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, aşağı siniflərdə iş dəftərlərinin satışı bu dəfə kitab mağazalarında deyil, poçt məntəqələrində həyata keçirilir. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, müəllimlər onlara 1 və 2-ci sinif üçün ana dili, riyaziyyat, ingilis dilindən iş dəftərləri almağı tapşırıblar. Bildirilib ki, iş dəftərlərini ancaq poçt məntəqələrindən ala bilərsiniz. Bəzi poçt məntəqələrində isə iş dəftərləri tapılmır: "Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı".

© Sputnik / Stringer
İş dəftəri

Sputnik Azərbaycan iş dəftərlərinin poçt məntəqələrində satışının səbəbini araşdırıb.

Xətai rayonu 3 saylı poçtun 16 saylı poçt şöbəsindən iş dəftərinin satıldığını təsdiqlədilər. Poçtdan Sputnik Azərbaycan-a bildirdilər ki, 1-ci və 2-ci sinif şagirləri üçün iş dəftərləri var: "Ana dili və riyaziyyat fənləri üzrə iş dəftərləri iki manat, ingilis dili üzrə iş dəftəri 3 manatdır".

6 saylı poçt filialının 53 saylı poçt şöbəsindən isə bildirdilər ki, iş dəftərləri satılıb qurtarıb. Əlaqə saxladığımız digər poçt məntəqələrinin də əksəriyyətindən iş dəftərlərinin satıldığını, bəzilərini isə çox az qaldığını bildirdilər.

İş dəftərlərinin hansı səbəbdən poçtda satıldığının səbəbini açıqlamadılar:

"Səbəbini biz özümüz də bilmirik. Təhsil Nazirliyindən poçtlara paylanıb, biz də satırıq".

Əlaqə saxladığımız digər poçtlardan da eyni cavabı aldıq. Bildirdilər ki, hansı səbəbdən iş dəftərlərinin poçtlara verildiyindən xəbərsizdirlər: "Bizə satmaq üçün veriblər, biz də satırıq".

"Azərpoçt" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehman Mehdiyev isə Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, iş dəftərlərinin poçtlarda satılmasının səbəbi ilə bağlı sualları Təhsil Nazirliyinə ünvanlayın.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, "Azərbaycan dili" - tədris dili fənni üzrə 1-ci sinif üçün iş dəftəri üzrə müstəsna hüquqların sahibi Təhsil Nazirliyi, Təhsil Texnologiyaları Mərkəzidir. Təhsil İnstitutundan sözügedən şöbənin əməkdaşlarının pandemiyaya görə işə gəlmədiyini bildirdilər. Təhsil Nazirliyinin 146 "Qaynar Xətt"indən isə verdiyimiz sualın cavabını bilmədiklərini söylədilər.

0
Əlaqədar
Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb
Fermer, arxiv şəkli

Fermerlərə qədər kredit verilib? AKİA rəqəmləri açıqladı

1
(Yenilənib 21:46 24.09.2020)
Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir

BAKI, 24 sentyabr — Sputnik. Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına 1895 fermerə 18 milyon manatadək mikrokredit verilib. Bu mikrokreditlərin 15 milyon manatı heyvandarlıq sahəsi ilə məşğul olanlara ayrılıb. Bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Ümumilikdə, 2020-ci ilin ötən dövrü ərzində Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına bütün kredit növləri üzrə (texnika və damazlıq heyvan alışı kreditləri, mikrokreditlər və digər kənd təsərrüfatı təyinatlı kreditlər) 51 milyon manatadək kredit ayırıb.

Ötən dövrdə kənd təsərrüfatı texnikası və damazlıq heyvan alışı üçün aqrar sahə iştirakçılarına AKİA tərəfindən 64 milyon manatdan artıq güzəşt vəsaiti ödənilib. Bu vəsait fermerlərin təchizatçılardan aldıqları 5876 damazlıq heyvanın və 4140 kənd təsərrüfatı texnikasının dövlət tərəfindən ödənilən güzəşt məbləğini təşkil edir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.

1