Dövlət Təhlükəsizliyi Xidmətinin binası

DTX: Yayılan məlumatların Arzu Əliyevaya heç bir aidiyyəti yoxdur

188
(Yenilənib 17:55 27.07.2020)
Aparılan ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bəzi internet resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer alıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.

Bildirilib ki, aparılan ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilib.

"Hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir", - DTX-dən bildirilib.

188

Lavrov Bayramovla Qarabağdakı durumu müzakirə etdi

6
Tərəflər həmçinin ikitərəfli əməkdaşlığın aktual mövzuları və dünya gündəmindəki ayrı-ayrı məsələləri müzakirə ediblər

BAKI, 5 dekabr - Sputnik. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Dağlıq Qarabağ üzrə razılaşmaların yerinə yetirilməsi prosesini müzakirə edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 9-da imzaladıqları bəyanatın yerinə yetirilməsi prosesini, o cümlədən rus sülhməramlıları ilə qarşılıqlı fəaliyyəti, həmçinin ikitərəfli əməkdaşlığın aktual mövzuları və dünya gündəmindəki ayrı-ayrı məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunur.

6
Teqlər:
telefon danışığı, Qarabağ, Ceyhun Bayramov, Sergey Lavrov

Evlər "Suqovuşan"ın işığı ilə aydınlanacaq - VİDEO

9
(Yenilənib 14:24 05.12.2020)
"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək" - "Azərenerji" ASC

BAKI, 5 dekabr — Sputnik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur. Onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarıdır (KSES).

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır: "Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayırıcılar zədələnib və ya sıradan çıxıb".

"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək", - deyə məlumatda bildirilib.

"Suqovuşan" KSES-lərin mövcud vəziyyətini göstərən videonu təqdim edirik.

9
Teqlər:
"Azərenerji" ASC, SES, Suqovuşan