Naz Mila, arxiv şəkli

Qalmaqallı azərbaycanlı model türk trillerinin qəhrəmanı olacaq

927
(Yenilənib 19:20 27.07.2020)
Naz Milanın arzusu gerçəkləşib: Tamaşaçılar tezliklə onu yeni keyfiyyətdə görəcəklər - avqustda çəkilişləri başlayacaq serialda baş rolu oynayacaq.

BAKI, 27 iyul — Sputnik, Kəmalə Əliyeva. Türkiyə KİV-nin ən açıq-saçıq azərbaycanlı adlandırdığı məşhur fotomodel Naz Mila ilk dəfə olaraq "Zehirli tohumlar" (Zəhərli toxumlar) trillerinin baş rolunda çəkiləcək.

Bu barədə Naz Mila özü Sputnik Azərbaycan-a bildirib. O, çoxdandır türk filmində və ya serialında çəkilməyi arzulayırdı, ona görə də təklif gələndə dərhal razılaşıb.

"Bu günlərdə Türkiyədə çəkiliş qrupunun iştirakı ilə mətbuat konfransı keçirilib və orada mən də iştirak etmişəm. Filmin çəkilişləri avqustun 7-də başlanacaq. Mən əsas qəhrəmanlardan birinin rolunu oynayacağam, amma hələlik təfərrüatları açıqlamaq istəmirəm. Mənim üçün bu obraz debüt olacaq, buna görə də çox həyəcanlanıram", - Naz Mila bildirib.

Filmə həmçinin Erkan Ufak, Yalçın Çoban, Medet Dolaş və başqaları kimi məşhur türk aktyorları da çəkiləcəklər.

Naz Mila uzun müddətdir Türkiyədə yaşayır. O, Türkiyənin "Zuhal Topal ilə birlikdə" nikah şousunda iştirak etdikdən sonra məşhurlaşıb. Lakin verilişdə özünə həyat yoldaşı tapa bilməyib. Naz uzun müddət xarici mətbuatda ingilis dilində səhv yazılmış döymələri ilə müzakirələrə səbəb olub. Hal-hazırda o, əsasən model kimi çalışır.

Mila tez-tez öz abunəçiləri ilə erotik planda çəkilmiş videoçarx və fotolarını bölüşür, buna görə də onu ən açıq-saçıq azərbaycanlı qadın adlandırırlar.

927
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm yoluxma rekord həddə çatdı

0
34 nəfər COVID-19-dan vəfat edib. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb.

Ümumi ölənlərin sayı 1194 nəfərdir. Ümumi yoluxanların sayı 98927 nəfər, ümumi sağalanların sayı 65734 nəfərdir.

0
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, COVID-19, epidemiya, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

4
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

4