Sənədin imzalanması, arxiv şəkli

Azərbaycanda xidmət dəyişib agentlik oldu

25
(Yenilənib 11:26 27.07.2020)
Hazırda nazirliyin strukturunda  Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyi var

BAKI, 27 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan daha bir qurumun təşkilati-hüquqi forması dəyişib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətidir. Məlumata əsasən, bu qurum bundan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi fəaliyyət göstərəcək. Hazırda nazirliyin strukturunda  Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyi var.

25
Əlaqədar
"Məzun evi” Sosial Müəssisəsinə yeni təyinat
Səhiyyə Nazirliyi və ƏƏSMN "bala-bala" yeyirmişlər - Hesablama Palatası
Nazirlik 190 manatlıq yardımı qarpız partlatmağa xərcləyənlərə münasibət bildirdi – VİDEO
DSMF-in vəzifəli şəxsləri rüşvətə görə həbs edildi
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

6
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

6
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

3
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

3