CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədən gələn həkimlərin işi ASANlaşıb

© Sputnik / Murad OrujovОдин из центров ASAN Xidmət в Баку
Один из центров ASAN Xidmət в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeni klinika"nın müraciəti əsasında 3 rezident həkimə səyyar formada şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti göstərilib

BAKI, 27 iyul — Sputnik. Türkiyə Respublikasından ölkəmizə koronavirus (COVID -19) infeksiyasının qarşısının alınması məqsədi ilə gələn rezident və həkim mütəxəssislər üçün Səyyar ASAN xidmət həyata keçirilib.

Bu barədə "Asan Xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan "Yeni klinika"nın müraciəti əsasında 3 rezident həkimə səyyar formada şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti göstərilib.

1, 4 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzində isə 18 rezident və 10 həkim mütəxəssis üçün İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Asan imza sertifikatlarının və VÖEN-in alınması xidmətləri həyata keçirilib.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0