DİM buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərə üz tutdu

17
(Yenilənib 15:03 26.07.2020)
“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır

BAKI, 26 iyul – Sputnik. Dövlət İmtahan Mərkəzi 29 və ya 30 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib. 

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, iştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır. Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

29 və ya 30 iyul tarixlərində (Qrafik) imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:

–   9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;

–   əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

–  Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları, həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

–   Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

-  C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanı.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. 

İmtahan iştirakçısı “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imzası ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. 

Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

17
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman

0
(Yenilənib 20:05 27.10.2020)
"Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir"

BAKI, 27 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlar və yaralananlar içərisində uşaqlar da var. Dağıntılar altında hələ də çoxlu insan qaldığından bu rəqəmlər hər an arta bilər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ombudsman Səbinə Əliyevanın mətbuata açıqlamasında deyilir.
Vurğulanır ki, mülki insanlara qarşı törədilən bu terror bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir.
Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.

Dünya ictimaiyyəti səsimizə səs verərək Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini tələb etməlidir.

0
Teqlər:
ombudsman, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, atəş, Bərdə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Ticarət Mərkəzi, arxiv şəkli

O olmasın, bu olsun: fransız mallarına da əvəz tapılar

7
(Yenilənib 18:57 27.10.2020)
"Anbarımıza baxaraq, yəqin ki, 3 gün ərzində bütün fransız ətirlərini satışdan yığışdıracağıq" - Azərbaycanda fransız ətirləri dövrü başa çata bilər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun türk mallarının boykot edilməsi çağırışına cavab olaraq fransız mallarının boykot edilməsi ilə bağlı çağırış edib. "O, necə ki, Fransada türk markalı mal almayın deyirsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın," -  deyə Prezident Ərdoğan çağırışında bildirib.

Artıq Türkiyədə olduğu kimi, Azərbaycanda da fransız mallarının boykot edilməsi ilə bağlı çağırışlar səsləndirilir. Müştərilər, o cümlədən də bir çox millət vəkilləri də öz hesablarından bu çağırışlara qoşularaq fransız mallarının boykot edilməsini tələb edirlər. Millət vəkili Qənirə Paşayeva da son rəsmi paylaşımı ilə bu aksiyaya dəstəyini nümayiş etdirib.

Bəs mağazalar, sahibkarlar necə?

Son vəziyyəti öyrənmək üçün öncə iri mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Əlaqə saxladığımız nömrələrdən hələ ki, bununla bağlı onlara rəhbərlik səviyyəsində hansısa göstərişin verilmədiyi, bu səbəbdən fransız mallarının satışda olduğu və müştərilər tərəfindən alındığı deyildi. Digər belə mağazalar isə sualdan yayınaraq, bununla bağlı məlumatlı olmadıqlarını bildirdilər.

Kiçik mağaza sahibləri isə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bu çıxışına dəstək olduqlarını bildiriblər. "Parfume Home"un təmsilçisi deyir ki, Ərdoğan belə deyibsə, onlar fransız ətirlərini satışdan yığacaqlar:

"Bizdə əsasən Dubaydan gətirilən orijinal ətirlər satılır, amma bununla yanaşı, orijinal fransız ətirləri də satılıb. Amma yaranmış bu vəziyyətə görə ikiəlli olaraq fransız malları, ətirlərindən imtina etməyə razıyıq. Məsləhət belədirsə, belə də olmalıdır. Dövlətin bununla bağlı hansısa qadağasına ehtiyac yoxdur. Sadəcə olaraq bu ətirləri yığaraq bir qırağa atacağıq, satışa qoymayacağıq".

"Anbarımıza baxaraq, yəqin ki, 3 gün ərzində bütün fransız ətirlərini satışdan yığışdıracağıq", - deyə mağaza təmsilçisi əlavə edib.   

Mağaza rəsmisi bildirir ki, bunadək orijinal fransız mallarının 30 ml-i 60, 100 ml-i isə 250 manatadək satışda olub.

Dövlət Statistika Komitəsinə istinadən isə qeyd edək ki, ötən il Fransadan 23.3 min ABŞ dolları həcmində iribuynuzlu heyvan, 2.349.1 min ABŞ dolları həcmində kərə yağı və digər süd yağları, 11.8 min ABŞ dolları həcmində 11.2 ton buğda unu, 1 093.8 min ABŞ dolları həcmində təbii üzüm şərabları, üzüm suslosu, 23 095.8 min ABŞ dolları həcmində 379 ton dərman vasitələri, 1 803.7 min ABŞ dolları həcmində 449.6 ton sürtkü yağları, 202.3 min ABŞ dolları həcmində mebellər və digər mallar idxal olunub.

2020-ci ilin yanvar-avqust aylarında ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,3 faizi Çin, 7,4 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Ukrayna, 4,1 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 2,0 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,7 faizi Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Dövlət Statistika Komitəsinin digər məlumatına görə, 2019-cu ildə Fransadan idxal olunan malların dəyəri 250.727.3 min ABŞ dolları olub ki, bu da 2013-cü ildən bu yana qeydə alınan ən yüksək rəqəm olub. Belə ki, 2013-cü ildə bu rəqəm 425.437.3 min ABŞ dolları olub.

7
Əlaqədar
Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya
Pol Poqbadan Makrona etiraz - millidə oynamayacaq
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"
Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır