Tələbə, arxiv şəkli

Daşa dirənmiş proses: Xaricdə təhsil alan tələbələrin taleyi necə olacaq?

724
(Yenilənib 12:04 26.07.2020)
Kamran Əsədov bildirib ki, bu il də azı 4 min azərbaycanlı tələbənin Türkiyədə təhsil almağa getməsi proqnozlaşdırılır. Pandemiya gedişatı gecikdirsə də, qarşısını ala bilmədi

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Ötən ilin sonundan Çinin Uhan əyalətində yayılmağa başlayan koronavirus infeksiyası tez bir zamanda dünyanı cənginə aldı. Martın 11-də isə Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi.

Koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən karantin rejimi bütün sahələrə, eləcə də təhsil sahəsinə öz mənfi təsirini göstərdi. Virusun çox yayıldığı ölkələrdə ənənəvi təhsilin yerini onlayn təhsil, teledərslər, virtual məktəb, distant təhsil aldı. Koronavirus, karantin, sərhədlərin bağlı olması problemi xaricdə təhsil alanları da vurdu. Xaricdə təhsil alan tələbələrin öz ölkələrinə qayıtması, təhsilin sonrakı pilləsini necə davam etdirə biləcəyi sualını ortaya qoydu.

Pandemiya dövründə xarici ölkələrdə universitetlərdə əyani təhsil alan tələbələrin sonrakı taleyi necə olacaq?

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiyanın ən çox təsir  etdiyi sahələrdən biri də təhsil sahəsidir. Buna görə də, bu sahədə fəaliyyəti davam etdirə bilmək üçün bütün infrastrukturu dəyişməlidir.

"Məlum olduğu kimi yay ayları həm də qəbul imtahanları ayıdır. Bu həm ölkə daxilində, həmdə ölkədən xaricdə təhsil almağa gedənlər üçün imkanların yarandığı aydır. Amma pandemiya səbəbindən qəbul prosesində ləngimələr var. Bir çox xarici universitetlər bununla bağlı ciddi addımlar atmağa başlayıblar. Əməkdaşlıq etdiyimiz Türkiyənin bir çox universitetləri tələbələrin qəbul sənədlərini və digər hüquqi prosedurları təhsil alan universitetə gəlmədən onlayn qaydada yerinə yetirəcəklər" – deyə o bildirib.

Onun sözlərinə görə, bu ancaq imtahansız qəbul aparılan universitetlər ilə əlaqəlidir.

Amma bir sıra universitetlər YÖS, SAT və digər imtahanlar vasitəsi ilə qəbul həyata keçirirlər ki, yenə də bu imtahanları Türkiyədə yox, əməkdaşlıq etdikləri ölkələrdə olan mərkəzlər vasitəsi ilə elə o ölkələrdə keçirməyi nəzərdə tuturlar.

"Türkiyə 2023-cu ildə ölkəyə 350 min xarici tələbə cəlb etməyi planlaşdırdığı üçün bütün üsullardan istifadə edərək xarici ölkələrdən gələcək tələbələrin işini rahatlaşdırmağa çalışır. Artıq Türkiyədə dərslər universitetlərdə nəzərdə tutulduğu vaxtda da başlayacaq. Bu mümkün olmasa belə, yüksək səviyyədə distant formada tədris prosesi təşkil olunacaq. Digər tərəfdən, Türkiyə tərəfi 1 iyundan etibarən Azərbaycan ilə hava nəqliyyatını açıb və artıq hər gün təyyarə uçuşları var. Digər Avropa və Asiya ölkələri ilə də daha geniş sərhədlər açılacaq" – deyə Əsədov əlavə edib.

K. Əsədov bildirib ki, bu il də azı 4 min azərbaycanlı tələbənin Türkiyədə təhsil almağa getməsi proqnozlaşdırılır. Pandemiya gedişatı gecikdirsə də, qarşısını ala bilmədi. Türkiyə tərəfi, oradakı universitetlər bütün imkanları bizim tələbələrimiz üçün yaradırlar.

Təhsil eksperti Məlahət Mürşüdlü isə qeyd edib ki, COVID-19 yeni başlayanda vətənə dönmüş xaricdə təhsil alan tələbələr bu semestri distant olaraq davam etdirib, yəni mühazirələri, imtahanı bu formadan istifadə edərək başa vurublar: "Pandemiya dönəmində elə biz də təhsil prosesi dayandı İmtahanlar distant olaraq götürüldü. Bu baxımdan tələbələrin köçürülməsi real görünmür".

724
В Музее истории было представлено знамя Карабахского правителя Мехтикули хана

"Qarabağ mədəniyyətimizin beşiyi" - Mədəniyyət Nazirliyi bu layihəyə qoşulmağa çağırır

35
Nazirlik bütün ölkə ictimaiyyətini, xüsusilə gəncləri, tələbələri və könüllüləri təbliğat işinə dəstək olmağa, bu prosesdə fəal iştirak etməyə çağırır

BAKI, 01 oktyabr - Sputnik. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən "Qarabağ – mədəniyyətimizin beşiyi" adlı layihəyə start verilir.

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi "Facebook", "Instagram" və "Twitter" səhifələrində yayımlanır.

Nazirlik bütün ölkə ictimaiyyətini, xüsusilə gəncləri, tələbələri və könüllüləri təbliğat işinə dəstək olmağa, bu prosesdə fəal iştirak etməyə çağırır.

35
Teqlər:
Mədəniyyət Nazirliyi, vandal, memarlıq abidəsi, tarixi abidələr, abidələr, mədəni irs, Dağlıq Qarabağ
Asim Mollazadə

Deputat Bakıda tikinti şirkətlərinin vətəndaşları incitməsindən narahatdır

11
Deputat Asim Mollazadə deyib ki, tikinti şirkətləri bir neçə halda öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər.

BAKI, 01 oktyabr — Sputnik. "Tikinti ilə bağlı Bakı şəhərində müəyyən problemlər var. Bir neçə yerdə vətəndaşların köçürülməsi ilə bağlı problemlər yaranıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Asim Mollazadə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilərkən deyib.

O bildirib ki, tikinti şirkətləri bir neçə halda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər: "Məsələn, bir layihə razılaşdırılır, sonradan isə layihə dəyişdirilir. Bizim rayonda 3 ildən artıqdır ki, tikinti dayanıb. İnşa ərazilərində kimlərisə köçürdə bilmirlər. Məhkəmə prosesləri illərlə uzanır. Bu, vətəndaşların çox ciddi narazılığına səbəb olur. Bununla bağlı bir neçə dəfə Bakı şəhər rəhbərliyinə, rayon rəhbərliyinə müraciət etmişəm".

Deputat bildirib ki, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır: "Qanunvericliyə dəyişiklik edilərək həm vətəndaşların mülkiyyət hüquqları müdafiə edilməli, həm də dövlətin həyata keçirdiyi layihələrin qarşısı alınmamalıdır".

11
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron