Azərbaycanda bir gündə daha 535 nəfər COVID-19-dan sağalıb

1791
(Yenilənib 16:50 25.07.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.

BAKI, 25 iyul - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.

1791
Elektron qolbaq, arxiv şəkli

"Ev dustaqlığı nədir?" prokurorluq açıqlayır

5
Mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı Baş Prokurorluğun Mətbuat xidməti maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim edir

BAKI, 24 sentyabr — Sputnik. Vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunur.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, hazırda təqdim olunan videoda "Heç bilirdinizmi "ev dustaqlığı" nədir?" mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.

Təqdim olunmuş videonu eyni zamanda Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

5
Teqlər:
maariflənmə, Baş Prokurorluq, ev dustaqlığı, ev
Əlaqədar
Rüşvət almaqda günahlandırılan sabiq XİN rəsmisi ev dustaqlığına buraxıldı
Dağıstanda tutulan 3 azərbaycanlı ev dustaqlığına buraxıldı
DSX generalı ev dustaqlığına buraxıldı
Həbsdən ev dustaqlığına: pandemiya məcbur etdi
Həkimlər əməliyyat zamanı, arxiv şəkli

Gənc qadın əməliyyatdan sonra öldü

8
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 24 sentyabr — Sputnik. Dünən Bərdə rayonu, Mustafaağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Bərdə rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə "yumurtalığın boğulmuş kistası" diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qadın "kistanın çıxarılması" cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

8
Teqlər:
prokurorluq, əməliyyat, xəstəxana, Bərdə
Gürcüstanda epidemioloji vəziyyət

Gürcüstanda yeni rekord Yoluxanların sayı kəskin artdı

0
Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 40 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1705-ə çatıb, 25 nəfər isə ölüb

BAKI, 24 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 259 yoluxma faktı qeydə alınıb. Sputnik Azərbaycan "Stopcov"a istinadən xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 4399-a çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 40 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1705-ə çatıb, 25 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,8 milyonu keçib, 973 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
Gürcüstan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Azərbaycanda koronavirusa yoluxma yenidən üçrəqəmliyə keçdi, daha iki nəfər öldü
Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?
Gələn aydan məktəblərlə bağlı təhlükə daha da böyüyəcək