CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb

© SputnikTəbriz Soltanlı
Təbriz Soltanlı - Sputnik Azərbaycan
Abunə olmaq
Təbriz Soltanlı bundan əvvəl Milli Qəhrəman Mübariz İbrahimovun, Mikayıl Müşfiq, Əhməd Cavadın, Səməndər Rzayevin xatirəsini əbədiləşdirib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Bu günlərdə Azərbaycanda ən çox Polad Həşimovdan danışılır. Ölümü ilə qəhrəmanlıq dastanı yazana mərd, igid generalımızdan. Çoxumuz onu ölümündən sonra tanısaq da, qəhrəmanımız hələ sağlığında insanların yaddaşında silinməz izlər buraxıb.

1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulan general-mayor Polad Həşimov bu ilin iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin xain hücum cəhdinin qarşısını alarkən şəhid olub.

© SputnikTəbriz Soltanlının əl işi
“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb - Sputnik Azərbaycan
Təbriz Soltanlının əl işi

Adı dillərdə gəzən, uşaqların belə dilindən "mən Polad olacağam" deyə eşitdiyimiz qəhrəmanımızın xatirəsi üçün müəyyən işlər görülür. Azərbaycan Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin 4-cü kurs tələbəsi, 27 yaşlı Təbriz Soltanlı isə qısa müddətdə qəlblərdə əbədiləşən qəhrəmanın büstünü hazırlayıb. Sputnik Azərbaycan Qəhrəmanımızın xatirəsini əbədiləşdirən heykəltəraşla həmsöhbət olub.

Təbriz Soltanlı deyir ki, generalın şəhid olma xəbərini aldığı gündən bu büstün üzərində işləməyə başlayıb: "Polad Həşimovun şəhid olduğunu eşitdiyim gündən büstü hazırlamağa başladım. Bilirisiniz məni daha çox təsirləndirən nə idi? Onun bir general olaraq ön cəbhədə əsgərləri ilə çiyin-çiyinə olub cəbhədə vuruşması. Beləcə, şəhid olduğunu eşitdiyim gündən eskizləri, karkası hazırladım. Üzündə nur, təbəssüm vardı generalımızın! Ona görə də mən də büstü yaradarkən simasında bir nur, təbəssüm əks etdirdim. Beləcə, gərgin işləyib 4 günə bu işi tamamladım, büstü ərsəyə gətirdim".

© SputnikTəbriz Soltanlının əl işi
“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb - Sputnik Azərbaycan
Təbriz Soltanlının əl işi

Qəhrəmanımızın büstünü hələlik ki, gipsdən hazırlayan heykəltəraş deyir ki, büstün qoyulması ilə bağlı ona təklif gələrsə, bu zaman bürüncə çevirəcək.

Karantin şəraiti olduğundan T.Soltanlı büstü elə öz evində hazırlayıb: "Bakıda kirayədə yaşayırdım, orada emalatxanam da vardı. Sadəcə karantin olduğundan rayona, Beyləqana gəldim. Büstü də elə burada, öz evimizdə hazırladım".

Hələlik bu işi ancaq özü üçün hazırladığını deyən həmsöhbətimiz deyir ki, Polad Həşimovun ailəsi istəyərsə, 90x30x65 ölçüdə olan bu büstü onlara hədiyyə edər. 

© SputnikTəbriz Soltanlının əl işi
“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb - Sputnik Azərbaycan
Təbriz Soltanlının əl işi

Söhbət əsnasında onun bu peşəyə uşaqlıqdan marağının olduğunu və digər görkəmli şəxslərin xatirəsini də bu cür əbədiləşdirdiyini öyrənirik. Özü deyir ki, uşaq vaxtından qardaşı ilə bir yerdə rəssamlığa, heykəltəraşlığa marağı olub: "Qardaşım rəssam təhsili aldı. Mən isə öncə Rəssamlıq Akademiyasının nəzdində olan Əzim Əzimzadəni bitirmişəm. Hazırda isə Rəssamlıq Akademiyasının sonuncu kursundayam. Ümumiyyətlə qəhrəmanlar hər zaman mənim üçün diqqətçəkici olub. Bunacan da müxtəlif qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmişəm. Eyni zamanda da Milli Qəhrəmanımız Mübariz İbrahimovun da xatirəsini əbədiləşdirmişəm".

© SputnikTəbriz Soltanlının əl işi
“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb - Sputnik Azərbaycan
Təbriz Soltanlının əl işi

"Bunacan Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiq, Əhməd Cavadın xatirəsini əbədiləşdirmişəm. Yaxın günlərdə görkəmli sənətkarımız Səməndər Rzayevin büstü də hazır olacaq. Bundan başqa, şəhid olan İlqar Mirzəyevin də xatirəsini əbədiləşdirmək niyyətindəyəm", - deyə T.Soltanlı əlavə edir.

Xəbər lenti
0