Boş restoran, arxiv şəkli

Turizm şirkətlərinə əlavə səlahiyyət: Aviabilet satmaq imkanı qazandılar

12
(Yenilənib 21:09 24.07.2020)
Artıq turizm şirkətləri əvvəlki qaydada öz müştərilərinə bu istiqamətə olan aviabiletlərin satışını həyata keçirmə imkanı əldə edib

BAKI, 24 iyul — Sputnik. Azərbaycanda turizm şirkətləri öz müştərilərinə Bakı-İstanbul-Bakı reysləri üzrə aviabiletlərin satışını həyata keçirmək imkanı əldə ediblər. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, "Türk Hava Yolları" şirkəti 23 iyul tarixindən Bakı-İstanbul-Bakı reyslərinin sərbəst şəkildə satışının həyata keçirilməsinə icazə verib:

"Artıq turizm şirkətləri əvvəlki qaydada öz müştərilərinə bu istiqamətə olan aviabiletlərin satışını həyata keçirmə imkanı əldə edib. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası koronavirus pandemiyası (COVID-19) dövründə turizm şirkətlərinin bir müddət öncə bilet satışlarında üzləşdiyi çətin vəziyyətdən çıxmasına dəstək olaraq atılan bu addımı yüksək qiymətləndirir və "Türk Hava Yolları" şirkətinə öz dərin təşəkkürünü bildirir".

12
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

31
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

31
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

29
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

29