CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suvarma kanalına çirkab axıdan sürücü cərimə edildi - FOTO

© Sputnik / Ilham MustafayevGoranboy rayonu Xoylu kəndindən keçən kanal
Goranboy rayonu Xoylu kəndindən keçən kanal - Sputnik Azərbaycan
Abunə olmaq
Sabunçu rayon sakini Hümbət Hümbətovun idarə etdiyi avtomobildən axıdılıb. Sürücü dərhal müəyyən edilərək Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsində gətirilib.

BAKI, 22 iyul – Sputnik. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Abşeron suvarma kanalına naməlum avtomobillə çirkab sularının axıdılması barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məlumat dərhal Nazirliyin nəzarətinə götürülüb.

Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində aparılan araşdırmalar zamanı məlum olub ki, qeyd edilən çirkab sular kanala “ZİL MMZ” markalı 99 SR 115 dövlət qeydiyyat nişanlı, Sabunçu rayon sakini Hümbət Hümbətovun idarə etdiyi avtomobildən axıdılıb. Sürücü dərhal müəyyən edilərək Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsində gətirilib.

O, izahatında qeyd edilən hadisəni törətdiyini və əməlindən səmimi peşman olduğunu bildirib. Hümbət Hümbətov barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, ciddi xəbərdarlıq edilərək cərimə edilib.

 

Xəbər lenti
0