CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvan bəladan qurtuldu? Muxtar Respublikada yeni yoluxma qeydə alınmayıb

© Photo : APAВид на горд Нахчыван, фото из архива
Вид на горд Нахчыван, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Naxçıvan Muxtar Respublikasında yeni yoluxma qeydə alınmayıb. Ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0,9 faizini təşkil edir.

BAKI, 22 iyul — Sputnik. Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

Sputnik Azərbaycan koronavirusinfo.az saytına istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yeni yoluxma qeydə alınmayıb. Ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0,9 faizini təşkil edir.

Bakıda isə yoluxma halları  yenidən artıb. Hazırda bu rəqəm paytaxt üzrə 56 faizdir. Sonrakı yerlərdə 16,6 faizlə Abşeron, 8 faizlə Aran, 7,2 faizlə Gəncə-Qazax, 5 faizlə Lənkəran, 2,2 faizlə Quba-Xaçmaz, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Şəki-Zaqatala, 1 faizi Yuxarı Qarabağ bölgələri qərarlaşıb.

Xəbər lenti
0