CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident və Birinci vitse-prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Sputnik Azərbaycan
Abunə olmaq
“Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb”

BAKI, 22 iyul – Sputnik. Prezident İlham Əliyevin “Facebook” səhifəsində 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə  paylaşım edib. 

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:

“Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb”.

Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva da 22 iyul- Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib. Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabındakı paylaşımında bildirilir: "Hörmətli KİV nümayəndələri! Əziz dostlar!

Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!".

Qeyd edək ki, bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür.

Xəbər lenti
0