AZAL şirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

AZAL hər gün İstanbula uçuşlar həyata keçirəcək

54
(Yenilənib 19:31 20.07.2020)
Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

BAKI, 20 iyul — Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaqdır.

Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, bu gün AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə dörd dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir.

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: 

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Caspian Hospital;

- UltraLab.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikası və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.

İstənilən halda testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində alınmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.

Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

54
Yemək yeyən insanlar, arxiv şəkli

İaşə obyektlərində reyd: sıxlığa da əməl etməyiblər

0
(Yenilənib 22:30 27.10.2020)
Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb

BAKI, 27 oktyabr — Sputnik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur. AQTA-dan Sputnik Azərabycan-a verilən məlumata görə, agentlik tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 25-26 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 697 ictimai iaşə obyektində 1281 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

0
Eldar Qasımov, arxiv şəkli

Biz Qarabağda oyanmaq istəyirik - VİDEO

10
(Yenilənib 22:02 27.10.2020)
"Mən Qarabağda oyanmaq istəyirəm" adlı mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur

BAKI, 27 oktyabr — Sputnik. Eldar Qasımov Şuşaya həsr olunmuş mahnısını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycana Avroviziya qalibiyyəti bəxş edən müğənni Eldar Qasımov Şuşaya həsr olunmuş yeni mahnısını təqdim edib. Rus dilində olan mahnı "Mən Qarabağda oyanmaq istəyirəm" adlanır və vətənpərvərlik mövzusundadır.

Mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur. Mahnı qısa zamanda sosial şəbəkələrdə paylaşılıb.

 

10
Teqlər:
mahnı, Eldar Qasımov, Şuşa şəhəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Daha bir rəzalət - Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdilər
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"