Əminə Mirzəyeva, arxiv şəkli

Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib

2787
(Yenilənib 20:39 20.07.2020)
Media Yeqor Krid və 18 yaşlı Mirzəyevanın sevgi romanı haqqında onların birgə çarxı yayılandan sonra yazmağa başlayıb. Bundan əlavə, müğənni gənc blogeri doğum gününü birgə keçirməyə dəvət edib.

BAKI, 20 iyul — Sputnik, Kəmalə Əliyeva. Əslən Azərbaycandan olan tanınmış bloger Əminə Mirzəyeva rusiyalı ifaçı Yeqor Kridlə münasibətlərini ilk dəfə şərh edib.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, media Krid və 18 yaşlı Mirzəyevanın sevgi romanı haqqında onların birgə çarxı yayılandan sonra yazmağa başlayıb. Bundan əlavə, müğənni gənc blogeri doğum gününü birgə keçirməyə dəvət edib.

Mirzəyeva etiraf edib ki, əslində onlar Yeqorla dostdurlar.

"Biz real olaraq Yeqorla ancaq dostuq. Mən də onun kimi belə bir şeyi təsəvvür edə bilmirəm. İndi mənim sevgilim yoxdur", - deyə Mirzəyeva əlavə edib.

Yeqor Krid isə blogerlə sevgi münasibətlərinin olduğu haqqında şayiələri şərh etməyib.

Əminə Mirzəyeva Azərbaycanda anadan olub, lakin hələ uşaq ikən ailəsi ilə birlikdə Rusiyaya köçüb. 13 yaşından blogerliklə məşğul olmağa başlayıb, lakin yalnız iki il əvvəl məşhurlaşıb. İndi qızın iki milyon izləyicisi var və ictimaiyyətdə ciddi maraq doğurur.

Krid 2011-ci ildə solo karyerasına KReeD təxəllüsü ilə başlayıb, indi isə Yeqor Krid adı ilə çıxış edir. Öz mahnılarının müəllifi və ifaçısıdır. 2019-cu ilin mart ayında artistin 2012-ci ildən əməkdaşlıq etdiyi "Black Star Incorporated" leyblı ilə müqaviləsi başa çatıb. O, öz musiqi karyerası ilə müstəqil məşğul olmağa qərar verib və leybldan ayrılıb. Müqaviləyə əsasən onun mahnıları və adı leyblda qalmalı idi. Lakin müğənni razılığa gələrək adı və bütün mahnıları özündə qalmaq şərtilə leyblı tərk etməyi bacarıb.

2787

Günəş olsa, parkda işıqlar sönməyəcək: Burada axırıncı dəfə işıq sovet dövründə yanıb

27
(Yenilənib 20:25 20.09.2020)
Naftalanda və regionda ilk-alternativ enerji mənbələrindən istifadə olunan park turistlərin və yerli sakinlərin marağına səbəb olur

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. 

İllərdir turizm şəhəri olan Naftalanda yerləşən Qələbə parkında işıqlandırma sistemi yox idi. Sakinlər burada gündüz rahat gedib dincələ bilirdilərsə, gecə oradan keçmək insanda hünər tələb edirdi. Qaranlığa qərq olan park, bir neçə gündü işıqılığa çıxıb.

Kurort şəhəri olan Naftalan tək nefti ilə deyil, təmiz havası, səliqəli parkları ilə seçilir. Sputnik Azərbaycan xəbər verir ki, şəhərdə turistlərin və yerli sakinlərin diqqətini çəkən pilot layihə həyata keçirilib. Abadlıq-quruculuq işləri çərçivəsində illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılıb. İşıqlar günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub.

"Naftalanda turistlərimiz də olur, qonaqlarımız da gəlir. İndiyə qədər parka gecə çıxmaq olmurdu, çünki işıqlar yanmırdı, qaranlıq olurdu. Şükür indi müasir işıqlar qoyulub. Bu işıqlandırma sistemi qənaətlidir. Digər bölgələrdə beləsini görməmişik. Bu yaxşıdır, səliqəli də görünüşü var. Parkın gözəlliyini pozmur, ona daha da yaraşıq verir".

  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Naftalanda maraqlı işıqlar

Şəhər sakini Mahmud Həsənov müasir işıq dirəklərinin çox effektiv olduğunu deyir:

Gələcəkdə şəhər ərazisində bir neçə belə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaq.

Şəhər sakini Əbülfət Bayramov hesab edir ki, parkın ərazisindəki işıqlanmanı hamı bəyənir. Çünki bu park axırıncı dəfə sovet dövründə işıqlandırılıb. Sonrakı illərdə isə orada işıq olmayıb:

"Bu gün biz şəhər parkının işıqlandırılmasını çox müsbət qarşılayırıq. Baxırıq ki, müasir işıqdı, günəş şüası ilə işıqlanır. Bu da indiki dövrdə elektrik enerjisinə qənaətdir. Hər halda bizim büdcəmiz üçün xeyir gətirəcək".

Hazırda sözügedən Qələbə parkında 10 ədəd müasir işıq dirəkləri qoyulub. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlanma sistemlərindən Naftalanın müxtəlif yerlərində quraşdırılması nəzərdə tutulub.

27
Teqlər:
kurort, park, Naftalan
Государственный экзаменационный центр

Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

8
Bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

BAKI, 20 sentyabr - Sputnik. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb. 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər. 

Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

Qeyd edək ki, DİM bundan öncə ixtisas seçiminin bu gün - 20 sentyabr saat 23:59-da başa çatacağı barədə məlumat yaymışdı.

8